Gəncin düşdüyü quyu “kanalizasiya quyusu” deyil - VİDEO

Bəzi media orqanlarında Masallı rayonundan Bakıya istirahətə gələn gəncin kanalizasiya quyusuna düşərək xəsarət aldığı ilə bağlı dəqiqləşdirilməmiş və yanlış məlumat yayılıb.
Həmin məlumatda qeyd olunur: “Hadisə bu gün (3 sentyabr) günorta saatlarında Azərbaycan prospekti 57 A ünvanında baş verib. Zərərçəkənin sözlərinə görə, kanalizasiya quyusunun qapağı olsa da, qırıq olub. Daha sonra həmin qapağın üstündən keçərkən içinə düşüb. Nəticədə müxtəlif bədən xəsarətləri alıb”.
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin Mətbuat xidməti bu məlumatın həqiqətə nə qədər uyğun olduğuna aydınlıq gətirib:
Azərbaycan prospekti 57 A ünvanı Yasamal rayonu ərazisində yerləşir. Rayon sukanal idarəsinin əməkdaşları hadisə yerindən videoməlumat hazırlayıblar. Məlum olub ki, “kanalizasiya quyusu” kimi təqdim olunan quyu kabel-kanal quyusudur, İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin fəaliyyət sferasına aid deyil, hadisənin Xidmətlə heç bir əlaqəsi yoxdur.
Xahiş edirik, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə aid olduğu iddia edilən bütün mövzuları dəqiqləşdirmək üçün məlumatı yaymadan öncə qarşı tərəfin - qurumun mövqeyi öyrənilsin.
Azərbaycanın şimal-qərb bölgəsinə güclü qar yağır - VİDEO
Quba-Qusar yolunda son vəziyyət necədir? - VİDEO
Bu avtobuslarda gediş haqqı bahalaşdı - Sərnişinlərin DİQQƏTİNƏ!
Prezident müşavirə keçirdi - TAM MƏTN - FOTO - YENİLƏNİB
Avtobusda soyğunçuluq edən 3 nəfər saxlanıldı - VİDEO
Dumanlı hava şəraiti səbəbindən görünüş məhdudlaşacaq
Sabahdan Gəncə-Qəbələ-Gəncə qatarı fəaliyyətə başlayır
Zəif maqnit qasırğası proqnozlaşdırılır - Günəşdə aktivlik artıb
Azərbaycanda bu taksi şirkəti bağlanır
Vəfadan maşın-pul alanı Allah görbagor etsin - Kərimov - FOTO
Prezident İlham Əliyev deputatla bağlı sərəncam verdi - FOTO











