General Etibar Mirzəyev istehkamçı-mütəxəssislərə sertifikatlar təqdim edib - VİDEO
Xəbərlər
7 Fevral 2021 01:21

Azərbaycan Fövqəladə Hallar Nazirliyi ilə Rusiya Federasiyası Mülki Müdafiə, Fövqəladə Hallar və Təbii Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması üzrə Nazirliyi arasında mövcud sıx ikitərəfli münasibətlər, o cümlədən həyata keçirilən aidiyyəti humanitar tədbirlər çərçivəsində Azərbaycan FHN-in Mülki müdafiə qoşunları və Xüsusi Riskli Xilasetmə Xidmətinin 35 nəfər əməkdaşı ərazilərin minalardan təmizlənməsi və zərərsizləşdirilməsi üzrə kursu müvəffəqiyyətlə başa vurublar. Bu barədə Avtosfer.az-a FHN-dən bildirilib.
Kursda Rusiya Fövqəladə Hallar Nazirliyinin minatəmizləmə üzrə peşəkar mütəxəssisləri xüsusi təlim keçiblər. Kursun təşkilində məqsəd işğaldan azad olunmuş ərazilərimizin minalardan təmizlənməsidir.
Kursu müvəffəqiyyətlə başa vurmuş FHN əməkdaşlarına müvafiq sertifikatlar təqdim edilib. FHN-in Qarabağ Regional Mərkəzinin inzibati binasında keçirilmiş təqdimetmə mərasimində iştirak edən Azərbaycan Fövqəladə Hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev, Rusiya Federasiyası Fövqəladə Hallar Nazirliyinin minaaxtaranlardan ibarət qrupunun rəhbəri polkovnik Aleksey Zavitskiy və digər məsul şəxslər sertifikatları istehkamçı-mütəxəssislərə təqdim ediblər.
Qeyd edək ki, növbəti belə bir kursun yaxın vaxtlarda təşkil olunması nəzərdə tutulur.









Oxunub : 2088
DİGƏR XƏBƏRLƏR
31 Mart 2026 15:48
Bir icra başçısı işdən çıxardı, digəri vəzifə verdi - FOTO
31 Mart 2026 13:44
Bu obyektlərə hüquqi mühafizə verilməyəcək - Prezident təsdiqlədi
31 Mart 2026 12:44
Azərbaycanda yeni təqaüd təsis olundu - FƏRMAN
31 Mart 2026 10:48
Müdafiə nazirinin yanındakı general kimdir? - DOSYE - FOTO
29 Mart 2026 13:36
Bu yolda sürət həddi bərpa edildi
28 Mart 2026 22:24
Quba-Xınalıq yolunda avtomobillərin hərəkəti qismən bərpa olundu - YENİLƏNİB
28 Mart 2026 13:24
NİİM işıqforlarla bağlı hərəkət iştirakçılarına müraciət etdi - FOTOLAR
27 Mart 2026 13:42
Azərbaycan neftinin qiyməti rekord həddə bahalaşdı - SON RƏQƏM
25 Mart 2026 13:06
Bu yolda sürət həddi endirildi - FOTO
23 Mart 2026 18:13
Sürücülərin NƏZƏRİNƏ: Bəzi yollarda duman olacaq
23 Mart 2026 09:13
Bakıda yaşayanlara VACİB XƏBƏR! - Bu gündən etibarən...
20 Mart 2026 14:44
Yollarda görünüş MƏHDUDLAŞACAQ - SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ!
ŞƏRH YAZ










