Giləzi-Xızı avtomobil yolu əsaslı təmir edilir - VİDEO

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Giləzi-Xızı avtomobil yolunun Giləzi qəsəbəsindən keçən hissəsində əsaslı təmir işlərinə başlayıb.
Avtosfer.az xəbər verir ki, bu barədə Agentlik məlumat yayıb.
Bildirilir ki, təmir işləri çərçivəsində yolboyu deformasiyaya uğramış köhnə asfalt-beton örtüyünün frezlənməsi, zəruri yerlərdə əsasın deformasiyaya uğramış hissələrinin qazılaraq kənarlaşdırılması, əks-dolğu işləri görülür. Daha sonra yeni yol əsasının inşası və yeni asfalt-örtüyünün döşənməsi işləri görüləcək.
Bundan başqa zəruri yerlərdə hər iki istiqamət üzrə eni 2,5 metr olmaqla piyada səkilərinin inşası həyata keçiriləcək, yararsız səki daşlarının və drenaj xəttlərinin yenilənməsi işləri aparılacaq. Sonda isə yolcizgi və yolgöstərici xətləri, həmçinin piyada zolaqları çəkiləcək.
Xatırladaq ki, uzunluğu 3 kilometr təşkil edən avtomobil yolunun sözügedən hissəsinin eni müvafiq olaraq 8-16 metr olmaqla dəyişir.
Bakının mərkəzi prospektində AVTOBUS ZOLAĞI LƏĞV OLUNUR? - VİDEO
Yenicə vəzifə verilmişdi, işdən ÇIXARILDI
Bakının bir küçəsi bu gündən tam bağlanır - SƏBƏB - FOTO
Xırdalanda açılacaq tunel bu vaxtdan istifadəyə veriləcək – Rəsmi AÇIQLAMA
Prezident onu nazir müavini vəzifəsindən AZAD ETDİ
Ağlasığmaz fırıldaqları ilə məşhurlaşan “polkovnik”in taleyi necə oldu? - FOTOLAR
Bakının mərkəzi küçəsində sürücüləri çaşdıran yol nişanı ilə bağlı TƏDBİR GÖRÜLDÜ - FOTO
Hikmət Hacıyevin də adından yayılan video saxtadır - RƏSMİ
Məcəlləyə dəyişiklik edildi - Bu qayda pozuntusuna görə 500 manat cərimə
Sabah görünüş məsafəsi məhdudlaşacaq
Niyaməddin Musayevin qızı polkovnik imiş, uzun müddət RƏİS İŞLƏYİB











