Girov və məhbus mübadiləsi üçün nəqliyyat prosesi başladı - YENİLƏNİB

Fələstin radikalları Qəzza zolağında azad edilən girovların ilk qrupunu Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) əməkdaşlarına təhvil veriblər.
Avtosfer.az xəbər verir ki, bu barədə İsrailin "Kan" teleradio şirkəti məlumat yayıb.
Bildirilir ki, azad edilənlər Alon Ohel, Qay Gilboa-Dalal, Matan Anqrest, Qali, Ziv Berman, Eytan Mor və Omri Mirandır.
HƏMAS-ın gün ərzində ümumən sağ qalan 20 girovu azad edəcəyi gözlənilir.
***
İsraildə fələstinli məhbusları təhvil vermək üçün avtobuslara mindirirlər, Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) maşın karvanı onları təslim alacağı yerə yola çıxıb.
Avtosfer.az xəbər verir ki, bu barədə məlumatı "Reuters" agentliyi öz mənbəsinə istinadla yayıb.
"Qəzzada BQXK-nın maşın karvanı israilli girovları təhvil alacağı yerə doğru irəliləyir. Fələstinli məhbusları həbsxanalarda avtobuslara mindirirlər", - deyə o bildirib.
Daha əvvəl Fələstinin HƏMAS hərəkatı sülh sazişi çərçivəsində azad ediləcək 20 israilli girovun siyahısını dərc edib.
Bildirilib ki, daha sonra "Əl Əqsa" telekanalı girovların ilk dəstəsinin BQXK əməkdaşlarına təhvil verildiyi barədə məlumat yayıb. Məlumata görə, girovların ilk dəstəsi yeddi nəfərdən ibarətdir.
İşləməyən işıqforlarla bağlı açıqlama - VİDEO
Bir icra başçısı işdən çıxardı, digəri vəzifə verdi - FOTO
Bu obyektlərə hüquqi mühafizə verilməyəcək - Prezident təsdiqlədi
Azərbaycanda yeni təqaüd təsis olundu - FƏRMAN
Müdafiə nazirinin yanındakı general kimdir? - DOSYE - FOTO
Bu yolda sürət həddi bərpa edildi
Quba-Xınalıq yolunda avtomobillərin hərəkəti qismən bərpa olundu - YENİLƏNİB
NİİM işıqforlarla bağlı hərəkət iştirakçılarına müraciət etdi - FOTOLAR
Azərbaycan neftinin qiyməti rekord həddə bahalaşdı - SON RƏQƏM
Bu yolda sürət həddi endirildi - FOTO
Sürücülərin NƏZƏRİNƏ: Bəzi yollarda duman olacaq










