Gömrük əməkdaşlarından növbəti NARAZILIQ : "Gecə saatlarına qədər işləyirik" - RƏSMİ

Bakı Baş Gömrük İdarəsinin, Abşeron, Xocəsən, İpək-Yolu və digər gömrük postlarının əməkdaşları iş vaxtından əlavə xidmətə çağrılmalarından, istirahətin verilməməsi və digər məsələlərdən şikayətçi olduqlarını bildiriblər.
Məsələni dəqiqləşdirmək üçün Dövlət Gömrük Komitəsinə (DGK) sorğu ünvanlanıb
Qurumun Mətbuat Xidmətindən verilən açıqlamada vurğulanıb ki, biznes subyektlərinin müraciətləri əsasında təqdim edilmiş bəyannamələrə uyğun olaraq gömrük rəsmiləşdirilməsinin sürətləndirilməsi, proseslərin davamlılığının təmin edilməsi, sahibkarların vaxt və vəsait itkisinin qarşısının alınması məqsədilə Dövlət Gömrük Komitəsinin tabeliyindəki qurumlarda, o cümlədən Bakı Baş Gömrük İdarəsində xidmət növbəlilik prinsipi əsasında təşkil edilir.
Qeyd edək ki, bu barədə ilk məlumatı Mia.az saytı yayıb. Məlumatda narazı gömrük əməkdaşlarının iş saatlarının 18:00-da bitməli olduğu halda, yüklərin qəbulu, yerləşdirilməsi və müayinəsinin saat 01:00-02:00-a qədər davam etməsindən şikayətçi olduqları qeyd olunub.
Xatırladaq ki, martın əvvəlində Dövlət Gömrük Komitəsi tərəfindən əməkdaşlara məzuniyyətə çıxmağın qadağan edilməsi, ötən ilin oktyabrından bəri ala bilmədikləri əməkhaqqılarını bu il yanvarın sonunda əldə etmələri və Dövlət Gömrük Akademiyasında təhsil alan tələbələrin dekabr və yanvar ayları üçün təqaüdlərini ala bilmədikləri ilə bağlı da məlumatlar mediada yer almışdı.(oxu.az)
Azərbaycanda utilizasiya olunan köhnə maşınların sayı açıqlandı
İlham Əliyev Sərəncam İMZALADI
Baş nazir xüsusi karantin rejimi ilə bağlı QƏRAR VERDİ
Prezident Agentliyin hərbi qulluqçularını TƏLTİF ETDİ - SİYAHI
Yollarda görünüş məhdudlaşacaq
Yollarda duman var - Sürücülərin nəzərinə!
İlqar Hacıyevin Bakıdakı əmlakları müsadirə edildi - Siyahı
İlham Əliyev Fərman imzaladı
Paşinyan dəmiryolu daşımalarına görə İlham Əliyevə TƏŞƏKKÜR EDİB
İlham Əliyevdən diplomatik xidmətə qəbulla bağlı FƏRMAN
Saleh Məmmədovun əsas adamları vəzifələrindən kənarlaşdırıldı - FOTO










