Gömrük proseslərinin sürətləndirilməsi üçün süni intellektdən istifadə ediləcək - VİDEO

Bu gün Dövlət Gömrük Komitəsi (DGK) və Media İnkişaf Agentliyinin təşkilatçılığı ilə “Rəqəmsal gömrük və media” mövzusunda tədbir təşkil edilib.
Avtosfer.az xəbər verir ki, keçirilən tədbirdə Dövlət Gömrük Komitəsinin ötən illərdə görülən işlərdən və gözlənilən yeniliklərdən danışılıb.
Tədbir Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Natiq Axundovun açılış nitqi ilə başlayıb. Daha sonra MEDİA-nın icraçı direktorunun müavini Natiq Məmmədli gömrük əməkdaşlarının ölkə ərazisində keçirdikləri əməliyyatlar, qanunsuzluqlara qarşı mübarizədə jurnalistlərin rolu ilə bağlı iştirakçılara məlumat verib.

DGK-nın sədr müavini Güloğlan Muradlı çıxışnda deyib ki, bu gün dövlətin bir çox fəaliyyət istiqamətlərində gömrük hesablaşmalarından büdcə daxilolmalarından vəsaitlərin olduğu danılmazdır.
Daha sonra komitənin idarə rəsiləri yeniliklər və planlaşdırılan məsələlərlə bağlı jurnalistlərə məlumat verib.
“Dövlət Gömrük Komitəsi (DGK) fiziki şəxslərin daxili ehtiyacları üçün mal idxalına tətbiq olunan aylıq limitlərlə bağlı mövcud çətinliklərin aradan qaldırılması məqsədilə yeni texniki həllər üzərində çalışır”.

Bunu Dövlət Gömrük Komitəsinin Elektron xidmətlər və layihələr idarəsinin rəisi Elşən Məmmədov tədbirdə çıxışı zamanı bildirib:
“Misal üçün, vətəndaş xaricdən məhsul gətirdikdən sonra onu geri qaytardıqda həmin məhsulun gömrük limiti çərçivəsində nəzərə alınması ilə bağlı çətinliklər yaranır. Bu problemi aradan qaldırmaq üçün xüsusi proqram təminatı hazırlanır. Hazırda işlərin 70-80 %-i tamamlanıb və yeni sistemin bir ay ərzində istifadəyə verilməsi planlaşdırılır”, - deyə E. Məmmədov bildirib.
Onun sözlərinə görə, yeni proqram təminatı vasitəsilə geri qaytarılan məhsulun dəyəri vətəndaşın gələcək aylıq limiti ilə əvəz olunacaq:
"Bu halda ödənilmiş gömrük rüsumlarının da geri qaytarılması mümkün olacaq. Lakin bu proses müəyyən vaxt aparacaq. Çünki həmin vəsaitlər dövlət büdcəsinə daxil olduğundan geri qaytarılması müəyyən vaxt tələb edir”.
Gömrük İşinin Təşkili İdarəsinin rəisi Vasif Qurbanov deyib ki, Azərbaycanda gömrük proseslərinin sürətləndirilməsi üçün süni intellektin tətbiqi ilə bağlı işlərə başlanılıb:
“Gömrük sahəsində süni intellektin tətbiqi sərhədkeçmə, qeydiyyat prosesinin sürətləndirilməsinə səbəb olacaqş. Süni intellektin tətbiqi bizə böyük üstünlüklər qazandırır. Buraya müəyyən analizlərin aparılması, proseslərin sürətləndirilməsi daxildir. Sərhədkeçmə prosesinin sürətli olması bizim üçün mühüm əhəmiyyət kəsb edir. İnsan əməyi ilə bu prosesi bir səviyyəyə qədər həyata keçirmək mümkün olur. Amma süni intellektin çox böyük imkanları var. Azərbaycanda digər qurumlar da süni intellektin tətbiqində maraqlıdır. Ümumiyyətlə, süni intellektdən istifadə müasir dövrün tələbidir".
Tədbirin sonunda media nümayəndələrinin sualları cavablandırılıb.
Səfər
Niyaməddin Musayevin qızı polkovnik imiş, uzun müddət RƏİS İŞLƏYİB
Bəzi ərazilərdə velosiped zolaqları ləğv edilsin - TƏKLİF
Metronun "Memar Əcəmi" stansiyasının girişində təhlükəli vəziyyət yaranıb? - RƏSMİ AÇIQLAMA
Müslümovla Hacıyevin əmlakları satışda - 350 minlik mənzil, avtomobillər… - FOTO
Həbs edilib azadlığa buraxılan məmurun milyonluq əmlakları satışa çıxarılır - ŞOK SİYAHI
Dörd ay əvvəl tutulan şirkət rəhbəri həbsdən buraxıldı - FOTO
“İnanın mənə, bu, xoş hissdir” - Prezident sülhdən danışdı
Prezident Davosda “Euronews”a müsahibə verdi - FOTOLAR - YENİLƏNİB
Fidan Azərbaycanla bağlı sevindirici xəbəri açıqladı
Bakıda piyada zonaları ilə bağlı VACİB MƏQAM - "Bunu etməsələr, effekt verməyəcək" - FOTO
Bakının bu rayonlarında söküntü planlaşdırılır - VİDEO











