Hava balonunda Türkiyədən Azərbaycana 5 kq qızıl keçirmək istədilər - VİDEO
Xəbərlər
28 Yanvar 2021 13:06

Dövlət Gömrük Komitəsinin (DGK) Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə qaçaqmalçılıq yolu ilə qızıl-zinət əşyalarının gətiriləcəyi barədə əməliyyat məlumatı daxil olub. Avtosfer.az-ın DGK-ya istinadən verdiyi xəbərə görə, aparılan ilkin araşdırma nəticəsində sözügedən qaçaqmalçılıq predmetlərinin Türkiyədən ölkəmizə yük daşiyan "Mersedes-Benz Actros" markalı nəqliyyat vasitəsində gətiriləcəyi müəyyənləşdirilib.
"Mazımçay" gömrük postu vasitəsilə ölkə ərazisinə daxil olan Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi yük nəqliyyat vasitəsi gömrük nəzarətindən keçdikdən sonra saxlanılıb və şifahi sorğu-sual zamanı sürücü nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və mütləq bəyan edilməli hər hansı predmetin olmadığını bildirib.
Stasionar rentgen qurğusunda aparılan yoxlama zamanı nəqliyyat vasitəsinin dartıcısında yerləşən hava balonunun içərisində şübhəli cizgilər müşahidə olunduğundan yük avtomobili ətraflı yoxlamaya cəlb olunub. Bu zaman hava balonunun içərisindən müxtəlif rəngli falqalara bükülən, üzəri yapışqan lentlə sarınmış bağlamalarda 1400 ədəddən çox, ümumi çəkisi 5397 qram qızıl-zinət əşyaları aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.
Oxunub : 1246
DİGƏR XƏBƏRLƏR
1 Aprel 2026 09:36
İşləməyən işıqforlarla bağlı açıqlama - VİDEO
31 Mart 2026 15:48
Bir icra başçısı işdən çıxardı, digəri vəzifə verdi - FOTO
31 Mart 2026 13:44
Bu obyektlərə hüquqi mühafizə verilməyəcək - Prezident təsdiqlədi
31 Mart 2026 12:44
Azərbaycanda yeni təqaüd təsis olundu - FƏRMAN
31 Mart 2026 10:48
Müdafiə nazirinin yanındakı general kimdir? - DOSYE - FOTO
29 Mart 2026 13:36
Bu yolda sürət həddi bərpa edildi
28 Mart 2026 22:24
Quba-Xınalıq yolunda avtomobillərin hərəkəti qismən bərpa olundu - YENİLƏNİB
28 Mart 2026 13:24
NİİM işıqforlarla bağlı hərəkət iştirakçılarına müraciət etdi - FOTOLAR
27 Mart 2026 13:42
Azərbaycan neftinin qiyməti rekord həddə bahalaşdı - SON RƏQƏM
25 Mart 2026 13:06
Bu yolda sürət həddi endirildi - FOTO
23 Mart 2026 18:13
Sürücülərin NƏZƏRİNƏ: Bəzi yollarda duman olacaq
23 Mart 2026 09:13
Bakıda yaşayanlara VACİB XƏBƏR! - Bu gündən etibarən...
ŞƏRH YAZ










