Banner

Göyçayda maskalanıb mağazadan oğurluq edən şəxslər tutuldu - FOTO - VİDEO

Xəbərlər 5 Mart 2025 10:18 Oxunub 464
Göyçayda maskalanıb mağazadan oğurluq edən şəxslər tutuldu - FOTO - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Göyçay rayonunda oğurluq hadisəsi qeydə alınıb. Naməlum şəxslər gecə saatlarında üzlərini maska ilə kamuflyaj edərək rayon ərazisində yerləşən mağazaya daxil olublar və oradakı pulu, spirtli içkiləri, tütün məmulatlarını, eləcə də digər əşyaları talayaraq ələ keçiriblər. 

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Avtosfer.az-a bildirilib ki, rayon polis şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən, əvvəllər də oğurluğa görə məhkum olunmuşlar - 42 yaşlı Vüqar Mirzəyev və 45 yaşlı Tural Əzizov saxlanılıb. 

Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh