Göyçayda toy sahibi CƏRİMƏLƏNDİ - FOTO
Xəbərlər
29 Dekabr 2021 11:38
Oxunub 988

Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayonun Hacalıkənd kəndində Sahib Salmanova məxsus fərdi yaşayış evinin həyətyanı sahəsində təşkil edilən toy mərasimində karantin qaydalarının pozulduğu aşkarlanıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən həmin ünvana baxış keçirilən zaman 150 nəfərdən artıq qonağın iştirak etdiyi müəyyən olunub.
Aşkarlanmış qayda pozuntuları ilə əlaqədar S.Salmanov inzibati məsuliyyətə cəlb edilərək cərimələnib.
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR













