Göygöl rayon icra başçısı üç nəfəri işdən çıxardı - YENİLƏNİB

Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini və baş məsləhətçi ştatlarını ləğv edib.
Avtosfer.az "Teleqraf"a istinadən xəbər verir ki, sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini İlqar Məmmədov Tülallar kənd icra nümayəndəsi, həmin şöbənin baş məsləhətçisi Fuad Məmmədov isə Balçılı kənd icra nümayəndəsinin müavini vəzifəsinə təyin olunub.
Eyni zamanda sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsində çalışan məsləhətçi Zaur Mustafayev də ixtisara düşənlər arasındadır.
İcra Hakimiyyətində baş mütəxəssis vəzifəsində çalışan İlhamə Verdiyeva ixtisara düşərək işdən azad olunub, ona yeni iş yeri təklif edilməyib.
***
Göygöl Rayon İcra Hakimiyyətinin (RİH) daha üç əməkdaşı vəzifəsindən azad edilib.
Avtosfer.az İqtisadiyyat.az-a istinadla xəbər verir ki, bununla bağlı icra başçısı Vüqar Novruzov müvafiq əmrlər imzalayıb.
Əmrlərə əsasən, baş mütəxəssis İlhamə Verdiyeva, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini İlqar Məmmədov və həmin şöbənin baş məsləhətçisi Fuad Məmmədov vəzifələrindən azad olunublar.
Daha əvvəl isə RİH-in İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Babək Rəsulov, həmin şöbənin baş məsləhətçisi Şaiq Qənbərli, Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsi Ariz Eyvazov, eləcə də baş mütəxəssis-sürücü (icra başçısının sürücüsü) Səxavət Əhədov vəzifəsindən azad ediliblər.
Xatırladaq ki, V.Novruzov ötən il noyabrın 12-də Prezident İlham Əliyevin imzaladığı sərəncamla Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilərək Göygöl RİH-in başçısı təyin olunub.
Bakının bu rayonunda qaz olmayacaq
Bakıdan Əbu-Dabiyə birbaşa uçuşlar başlayacaq
Azərbaycanda mina partlayışlarının qurbanlarının sayı açıqlandı - FOTO
Yer kürəsində maqnit qasırğaları ola bilər
Gürcüstan Azərbaycan benzininin Ermənistana tranziti üçün ödəniş alacaq
“BakuBus”un 24 sürücüsü işdən çıxarıldı – RƏSMİ
“Zabrat maşınqayırma zavodu” özəlləşdirilib
Azadlığa çıxan müğənni Dəniz Əsədova yenidən hakim qarşısında
Buz bağlayan bu yol sürücülər üçün əsl tələyə çevrildi - VİDEO
Binədə 4 marketi talayan şəxs tutuldu
Gömrükdəki tanışlarına güvənirdi - Dayısını da özü ilə həbsə apardı











