Göygöldə bu yol yenidən təmir olunur - FOTO - VİDEO

Dövlət başçısının tapşırığına əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində Göygöl rayonunda Göygöl-Topalhəsənli-Şəhriyar avtomobil yolunun 8-ci km-dən ayrılan Zurnabad-Gəncə-Mollacəlilli avtomobil yolu layihəsinin icrasına başlanılıb.
Agentlikdən Avtosfer.az-a verilən məlumata görə, 3 yaşayış məntəqəsini birləşdirən və ümumi uzunluğu 10.2 km olan Zurnabad-Gəncə-Mollacəlilli avtomobil yolu layihəsi üzrə ilkin olaraq uzunluğu 5.2 km olan Zurnabad-Gəncə qəsəbəsi hissəsində yenidənqurma işlərinə start verilib.
Əsasən çınqıl örtüklü olan yolda xüsusən payız-qış aylarında istər avtonəqəliyyat vasitələrinin, istərsə də vətəndaşların hərəkətində bir sıra problemlər yaşanırdı. IV texniki dərəcəyə uyğun olaraq aparılan yenidənqurma işləri ilə bu problemlər aradan qaldırılır. Layihə üzrə yolların eni 9-10 metrə qədər genişləndirilir.
Aparılan işlər çərçivəsində hazırda layihənin Zurnabad-Gəncə qəsəbəsi hissəsində torpaq işləri, suların ötürülməsini təmin etmək məqsədilə müxtəlif ölçülü suötürücü boruların inşası aparılır. Bunlarla yanaşı, layihənin sözügedən hissəsinin 1-ci kilometrində bir aşırımlı olmaqla yeni körpünün tikintisinin də icrası nəzərdə tutulur.
Layihənin 5 km uzunluğa malik Mollacəlilli hissəsi üzrə sözügedən işlərlə yanaşı, səkilərin tikintisi və bərpası, yeraltı kommunikasiya xətlərinin baxış qapaqlarının layihə hündürlüyünə qaldırılması işləri də nəzərdə tutulur.
Qeyd edək ki, əsasən çınqıl və yararsız asfalt örtüklü olan Zurnabad-Gəncə-Mollacəlilli avtomobil yolu layihəsinin Mollacəlilli hissəsi III və IV texniki dərəcəyə uyğun olaraq yenidən qurulacaq, torpaq yatağının eni 10 metrə qədər genişləndiriləcək.
Bütün işlər “İnşaat Norma və Qaydaları”na əsasən yüksək keyfiyyətlə icra olunur.
Yenidənqurma işlərinin son mərhələsində yol nişanlarının quraşdırılması və üfüqi nişanlanma xətlərinin çəkilişi aparılmaqla sözügedən yollar müasir görkəmdə vətəndaşların istifadəsinə veriləcək.
Yollarda duman var - Sürücülərin nəzərinə!
İlqar Hacıyevin Bakıdakı əmlakları müsadirə edildi - Siyahı
İlham Əliyev Fərman imzaladı
Paşinyan dəmiryolu daşımalarına görə İlham Əliyevə TƏŞƏKKÜR EDİB
İlham Əliyevdən diplomatik xidmətə qəbulla bağlı FƏRMAN
Saleh Məmmədovun əsas adamları vəzifələrindən kənarlaşdırıldı - FOTO
Baş nazirdən hərbi qulluqçuların maaşları ilə bağlı - Qərar
Vasif Talıbovun YAXIN ADAMINA cinayət işi açıldı
Prezidentin qızları və gəlini Yaşama Dəstək Mərkəzində - FOTOLAR
Könül Həmzəyeva axtarışa verildi - Dələduzluğa görə
Avtomobil Yolları Dövlət Agentliyində ARAŞDIRMALAR APARILIR




















