“GÜLSAM” İctimai Birliyi layihə çərçivəsində növbəti tədbiri keçirdi - FOTOSESSİYA

“GÜLSAM” ƏRİB Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Əlilliyi olan şəxslərin reabilitasiyasının dəstəklənməsi”, “Məhdudiyyətimizə rəğmən istedadımız var” adlı layihənin ikinci tədbiri baş tutub.
Avtosfer.az xəbər verir ki, “GÜLSAM” ƏRİB Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Əlilliyi olan şəxslərin reabilitasiyasının dəstəklənməsi” “Məhdudiyyətimizə rəğmən istedadımız var” adlı layihəni həyata keçirməkdə davam edir. Layihənin ikinci tədbiri Bakı şəhərinin gözəl məkanlarından birində, 26.07.2025-ci il tarixində baş tutub. Tədbirdə 9 nəfər əlil iştirakçı öz bacarıqlarını nümayiş etdirib. Tədbir iştirakçıları arasında musiqiçilər və şairlər yer alıb. Gözəl rəqs edən iştirakçılar da müsabiqədə iştirak etdilər.”GÜLSAM” İctimai Birliyinin rəhbəri Gülnarə Səlimova tədbirə qatılanlara təşəkkür edərək, belə müsabiqələrin cəmiyyətin müxtəlif təbəqələri arasında bərabər imkanlar yaratmaq və əlillərin sosial həyatda iştirakını dəstəkləmək baxımından önəmini vurğuladı.İkinci mərhələdə iştirakçılardan üç nəfər finala vəsiqə qazandı.
Müsabiqənin məqsədi:
Əlillərin cəmiyyətdəki yerini möhkəmləndirmək, onların bacarıqlarını ortaya qoymalarına şərait yaratmaq və istedadlarını daha geniş auditoriyaya tanıtmaqdır. “GÜLSAM” İctimai Birliyi hər bir iştirakçının öz istedadını inkişaf etdirməsi üçün lazımi dəstəyi göstərməkdə davam edəcək.
Təşkilat olaraq bizim ən böyük uğurlarımız tədbirlərdə iştirak edən iştirakçıların sevincləri, üzlərindəki təbəssüm və sonsuz təşəkkürləridir.
Səfər
Prezident Davosda “Euronews”a müsahibə verdi - FOTOLAR
Fidan Azərbaycanla bağlı sevindirici xəbəri açıqladı
Bakıda piyada zonaları ilə bağlı VACİB MƏQAM - "Bunu etməsələr, effekt verməyəcək" - FOTO
Bakının bu rayonlarında söküntü planlaşdırılır - VİDEO
Prezident bu məmuru yüksək vəzifədən azad etdi - SƏRƏNCAM - FOTO
Azərbaycanda 6 gün qar yağacaq - XƏBƏRDARLIQ
İlham Əliyev Şuşa ilə bağlı qanunu imzaladı
"ADY" ötən il 400-ə yaxın blok-qatar qəbul etdi - FOTO - VİDEO
Azərbaycanın şimal-qərb bölgəsinə güclü qar yağır - VİDEO
Quba-Qusar yolunda son vəziyyət necədir? - VİDEO
Bu avtobuslarda gediş haqqı bahalaşdı - Sərnişinlərin DİQQƏTİNƏ!















