Banner

Gürcüstan və Azərbaycan dəmir yolu sahəsində əməkdaşlığı müzakirə etdi

Xəbərlər 29 Yanvar 2026 14:18
Gürcüstan və Azərbaycan dəmir yolu sahəsində əməkdaşlığı müzakirə etdi
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Gürcüstan və Azərbaycan arasında dəmir yolu nəqliyyatı sahəsində əməkdaşlığın mövcud vəziyyəti və perspektivləri müzakirə olunub.

Avtosfer.az xəbər verir ki, müzakirələr Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf nazirinin müavini Tamar İoseliani, "Gürcüstan Dəmir Yolları" SC-nin baş direktoru Laşa Abaşidze ilə "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Rövşən Rüstəmov arasında keçirilən görüşdə aparılıb.

Görüşdə Orta Dəhlizin rəqabət qabiliyyətinin artırılmasının əhəmiyyəti və əlavə yüklərin cəlb edilməsi istiqamətində iki ölkə arasında uğurlu əməkdaşlığın davam etdiyi vurğulanıb.

Qeyd edilib ki, Gürcüstan və Azərbaycan dəmir yolları arasında bağlanan müqavilə regional iqtisadi əməkdaşlıq və dəmir yolu infrastrukturunun inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. Bu sənədin ölkənin tranzit və logistika imkanlarını gücləndirəcəyi və Orta Dəhlizin rəqabət qabiliyyətini artıracağı vurğulanıb.

Oxunub 90
ŞƏRH YAZ
Ad

E-mail

Şərh