Gürcüstana məxsus yük maşınları İran-Azərbaycan sərhədindən buraxılmır
Xəbərlər
30 Yanvar 2021 13:53

Gürcüstana məxsus 40-a yaxın yük maşını bir həftədən çoxdur İran-Azərbaycan sərhədində saxlanılıb.
Report xəbər verir ki, iranlı gömrükçülər səbəb göstərmədən maşınların Azərbaycan istiqamətində hərəkətinə icazə vermirlər.
Yük maşınlarının sürücüləri Gürcüstan hökumətinə kömək üçün müraciət ediblər.
Gürcüstanın Xarici İşlər Nazirliyi məsələni diqqətə götürüb. Ötən gün Gürcüstanın İrandakı konsulu Giorgi Saxltxutsişvili sürücülərə baş çəkib, onların ehtiyacları ilə maraqlanıb. Diplomat həmçinin gömrük terminalının rəisi və sərhəd-buraxılış məntəqəsinin rəhbəri ilə görüşüb.
Artıq ötən gün bir neçə TIR sərhəddən buraxılıb. Prosesin mərhələli şəkildə davam etdiriləcəyi bildirilib.
Gürcüstanın İrandakı səfirliyi sürücülərin Gürcüstana qayıtması prosesinin sürətləndirilməsi üçün müvafiq dövlət qurumları ilə təmasları davam etdirir.
Oxunub : 1102
DİGƏR XƏBƏRLƏR
31 Mart 2026 15:48
Bir icra başçısı işdən çıxardı, digəri vəzifə verdi - FOTO
31 Mart 2026 13:44
Bu obyektlərə hüquqi mühafizə verilməyəcək - Prezident təsdiqlədi
31 Mart 2026 12:44
Azərbaycanda yeni təqaüd təsis olundu - FƏRMAN
31 Mart 2026 10:48
Müdafiə nazirinin yanındakı general kimdir? - DOSYE - FOTO
29 Mart 2026 13:36
Bu yolda sürət həddi bərpa edildi
28 Mart 2026 22:24
Quba-Xınalıq yolunda avtomobillərin hərəkəti qismən bərpa olundu - YENİLƏNİB
28 Mart 2026 13:24
NİİM işıqforlarla bağlı hərəkət iştirakçılarına müraciət etdi - FOTOLAR
27 Mart 2026 13:42
Azərbaycan neftinin qiyməti rekord həddə bahalaşdı - SON RƏQƏM
25 Mart 2026 13:06
Bu yolda sürət həddi endirildi - FOTO
23 Mart 2026 18:13
Sürücülərin NƏZƏRİNƏ: Bəzi yollarda duman olacaq
23 Mart 2026 09:13
Bakıda yaşayanlara VACİB XƏBƏR! - Bu gündən etibarən...
20 Mart 2026 14:44
Yollarda görünüş MƏHDUDLAŞACAQ - SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ!
ŞƏRH YAZ










