Gürcüstanda partlayış olub, azərbaycanlı yeniyetmə ölüb - FOTO - YENİLƏNİB
Xəbərlər 1 Mart 2021 17:45 Oxunub 294
Gürcüstanda partlayış olub, azərbaycanlı yeniyetmə ölüb  - FOTO - YENİLƏNİB

Gürcüstanın Qardabani rayonunda baş vermiş partlayış hadisəsi ilə bağlı istintaqa başlanılıb.

Report xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyindən bildirib.

İstintaq partlayış maddəsi üzrə aparılır.

Hadisə zamanı xəsarət alan 11 yaşlı məktəblinin həyatının təhlükədə olmadığı bildirilir.

İlkin məlumatlara əsasən, partlayışa əl qumbarası səbəb olub.

16:23

Gürcüstanın Qardabani rayonunda məktəb yaxınlığında partlayış baş verib.

Report xəbər verir ki, hadisə zamanı 11 və 15 yaşlarında olan iki azərbaycanlı qardaş xəsarətlər alıb.

15 yaşlı uşaq xəstəxanaya çatdırılıb, lakin onun həyatını xilas etmək mümkün olmayıb.

Partlayışın dəqiq səbəbi məlum olmasa da, uşaqların məktəbdən evə gedərkən yolda naməlum əşya tapdıqları və məhz həmin əşyanın partlayış yaratdığı bildirilir.

Hadisə yerinə ekspert-kriminalistlər cəlb olunub.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh