SOCAR-ın yanacaqdoldurma məntəqəsinə silahlı hücum edildi - VİDEO
Xəbərlər
8 İyun 2021 18:49
Oxunub 1274

Gürcüstanın Ozurgeti şəhərində SOCAR-ın yanacaqdoldurma məntəqəsinə hücum edilib. Bu barədə SOCAR-ın ictimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov sosial media hesabında yazıb. Onun sözlərinə görə, hücumu həyata keçirən şəxs kassa aparatını aça bilməyib, yalnız 100 lari (54 manat) götürməyə nail olub.
İbrahim Əhmədov qeyd edib ki, şübhəli bilinən şəxs artıq Gürcüstanın hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb./oxu.az
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR














