Banner

Habil Vəliyev yenə şantajda ittiham edilir - QƏRAR VERİLDİ

Xəbərlər 16 Yanvar 2024 19:33 Oxunub 980
Habil Vəliyev yenə şantajda ittiham edilir - QƏRAR VERİLDİ
WhatsApp kanalımıza abunə ola bilərsiniz

“Gündəlik Bakı” qəzetinin təsisçisi və baş redaktoru Habil Vəliyevin saxlanılma səbəbi məlum olub.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, sayt rəhbəri bir neçə nəfəri şantaj etməkdə ittiham edilir.

Ona qarşı Cinayət Məcəlləsinin 182.2.2-ci (hədə-qorxu ilə tələb etmə təkrar törədildikdə) və 182.2.4-cü (xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.

Nərimanov Rayon Məhkəməsinin hakimi Gültəkin Əsədovanın qərarı ilə H.Vəliyev haqda 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, H.Vəliyev 5 il əvvəl şantaja görə 4 il müddətinə azadlıqdan məhrum edilmişdi. O, bu dəfə də Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən saxlanılıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh