Hacı Surxay İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

8 Noyabr – Zəfər Günü ərəfəsində İçərişəhər “Cümə məscidi” dini icmasının sədri, tanınmış ilahiyyatçı Hacı Surxay Məmmədli Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Avtosfer.az-ın məlumatına görə, müraciətdə deyilir ki, “8 Noyabr – Zəfər Günü münasibətilə Sizi və Sizin timsalınızda bütün xalqımızı səmimi-qəlbdən təbrik edir, Uca Allahdan Sizə möhkəm can sağlığı, dövlətçilik fəaliyyətinizdə davamlı uğurlar arzulayıram.
Bu tarixi gün xalqımızın birlik və həmrəyliyinin, şəhidlərimizin müqəddəs qanı bahasına qazanılmış azadlığın, ədalətin və milli qürurumuzun təntənəsidir. Sizin müdrik rəhbərliyiniz və Müzəffər Ali Baş Komandanlığınız altında Azərbaycan Ordusu tarixi ədaləti bərpa edib, torpaqlarımızın azadlığı uğrunda Şanlı Zəfər qazanılıb.
Biz din xadimləri olaraq bu Zəfəri Uca Yaradanın xalqımıza böyük lütfü kimi dəyərləndirir, şəhidlərimizin ruhuna dualar edir, qazilərimizə şəfa diləyirik. Sizin rəhbərliyinizlə ölkəmizdə bərqərar olan sabitlik, milli həmrəylik və mənəvi dirçəliş bütün sahələrdə tərəqqinin təməlini təşkil edir.
Bir daha Zəfər Günü münasibətilə Sizi təbrik edir, Vətənimizin rifahı, dövlətimizin qüdrəti və xalqımızın firavanlığı naminə Uca Allahdan Sizə qüvvət və bərəkət diləyirəm.
Allah dövlətimizi, xalqımızı və Sizi qorusun!”
Metronun xətlərinin ayrılması layihəsində son vəziyyət AÇIQLANDI
Prezident təsdiqlədi: bu, daha 1 il təxirə salındı
Prezidentdən 1,6 milyon manatlıq SƏRƏNCAM
Sürücülərin nəzərinə! - Görünüş məsafəsi məhdudlaşacaq
Televiziya əməkdaşı adı ilə pul tələb edən şəxs saxlanıldı - FOTO
Allahşükür Paşazadənin oğlu yüksək vəzifəsindən AZAD EDİLDİ
"AzParking”dən qeyri-qanuni parklanma halları ilə bağlı sürücülərə xəbərdarlıq
Polis Bakıda əməliyyat keçirdi - İşin içində İran vətəndaşı da var - VİDEO
Naxçıvan sakinlərinə ŞAD XƏBƏR - Sərəncam imzalandı
Elşad Abdullayevin onmilyonlarla manatlıq əmlakları MÜSADİRƏ EDİLDİ - SİYAHI
Sifarişli daşımalara buraxılış vəsiqəsinin verilməsi üçün tələblər sərtləşdirilir








