Banner

Hadrut qəsəbəsinə köç edən ailələrə evlərinin açarları təqdim edildi - FOTO - YENİLƏNİB

Xəbərlər 20 Noyabr 2025 14:44 Oxunub 256
Hadrut qəsəbəsinə köç edən ailələrə evlərinin açarları təqdim edildi - FOTO - YENİLƏNİB
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bu gün növbəti köç karvanı ilə Hadrut qəsəbəsinə çatan ailələrə evlərinin açarları təqdim olunub.

Avtosfer.az AZƏRTAC-a istinadən xəbər verir ki, Hadruta köçən ailələr qarşılandıqdan sonra onlara ANAMA əməkdaşları tərəfindən mina və partlamamış hərbi sursatların yaratdığı təhlükələr barədə ətraflı məlumat verilib. Ailələrə tanımadıqları naməlum əşya və cisimlərdən uzaq durmaları, belə hallarla qarşılaşdıqları təqdirdə isə aidiyyəti qurumlara məlumat vermələri tövsiyə olunub.

Açarların təqdim olunması mərasimində Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşları və digər rəsmi şəxslər iştirak ediblər. Ailələr sevinclə açarları qəbul edərək öz evlərində məskunlaşıblar.

***

Dövlət Proqramı"na əsasən Xocavənd rayonu Hadrut qəsəbəsinə növbəti köç prosesi gerçəkləşib, yola salınan ailələr doğma yurdlarına qovuşublar.

Avtosfer.az AZƏRTAC-a istinadən xəbər verir ki, Hadrut qəsəbəsi bu gün 17 ailə olmaqla 63 nəfərə qucaq açıb.

Qəsəbədə sakinlərin məskunlaşması üçün lazımi şərait yaradılıb. Yollar abadlaşdırılıb evlər və kommunikasiya infrastrukturu bərpa edilib. Ailələr sevinc göz yaşları ilə öz doğma yurduna qovuşub və yaradılan gözəlliyi seyr ediblər. Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailələrinə səbir diləyiblər.

Xocavənd rayonunun Hadrut qəsəbəsinə köç edən ailələrə evlərinin açarları təqdim edilib

Xocavənd rayonunun Hadrut qəsəbəsinə köç edən ailələrə evlərinin açarları təqdim edilib

Xocavənd rayonunun Hadrut qəsəbəsinə köç edən ailələrə evlərinin açarları təqdim edilib

Xocavənd rayonunun Hadrut qəsəbəsinə köç edən ailələrə evlərinin açarları təqdim edilib

***

İşğaldan azad edilmiş ərazilərə Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq Böyük Qayıdış davam etdirilir.

Avtosfer.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu gün Xocavəndin Hadrut qəsəbəsinə 17 ailə olmaqla 63 nəfər köçürülüb.

Onlar respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin, torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər. 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh