Banner

Hava Limanı yolunda sürət həddi bərpa edildi - YENİLƏNİB

Xəbərlər 29 Dekabr 2025 09:00 Oxunub 356
Hava Limanı yolunda sürət həddi bərpa edildi - YENİLƏNİB
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Yağışlı hava şəraiti ilə əlaqədar olaraq Bakının Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə 20 km/saat endirilən sürət həddi bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılıb.

***28 dekabr, 12:30

Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.

Avtosfer.az xəbər verir ki, bununla bağlı Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Mərkəzin əməkdaşları tərəfindən məlumat-sürət tablolarında dəyişiklik edilib. Eyni zamanda bütün tablolarda “sürüşkən yol” işarəsi qoyulub. Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir.

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh