Hava limanında helikopterlərin təhlükəli manevri heyrətlə qarşılandı - VİDEO

Bir neçə gün əvvəl Vaşinqtonun Reyqan Milli Hava Limanı yaxınlığında çəkilən video internetdə böyük marağa səbəb olub.
Avtosfer.az xəbər verir ki, video "X" sosial şəbəkəsində Birləşmiş Ştatlar vətəndaşı Kayl Salevski tərəfindən paylaşılıb.
O iddia edir ki, hadisə ötən gün baş vermiş qəzadan altı gün əvvəl qeydə alınıb.
Görüntüdə iki helikopterin uçuş-enmə zolağına yaxınlaşarkən bir-birinə çox yaxın məsafədə uçduğu, bununla da təhlükəli anlar yaşandığı əks olunub.
Video sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Qeyd edək ki, yanvarın 30-da Vaşinqtonun Reyqan Milli Hava Limanı yaxınlığında sərnişin təyyarəsi "Sikorsky H-60" ("Black Hawk") hərbi helikopteri ilə toqquşub. Hadisə nəticəsində təyyarədə olan 64 nəfərin hamısı həlak olub, həmçinin helikopterdə olan üç hərbçinin hamısı həyatını itirib.
Yollarda duman var - Sürücülərin nəzərinə!
İlqar Hacıyevin Bakıdakı əmlakları müsadirə edildi - Siyahı
İlham Əliyev Fərman imzaladı
Paşinyan dəmiryolu daşımalarına görə İlham Əliyevə TƏŞƏKKÜR EDİB
İlham Əliyevdən diplomatik xidmətə qəbulla bağlı FƏRMAN
Saleh Məmmədovun əsas adamları vəzifələrindən kənarlaşdırıldı - FOTO
Baş nazirdən hərbi qulluqçuların maaşları ilə bağlı - Qərar
Vasif Talıbovun YAXIN ADAMINA cinayət işi açıldı
Prezidentin qızları və gəlini Yaşama Dəstək Mərkəzində - FOTOLAR
Könül Həmzəyeva axtarışa verildi - Dələduzluğa görə
Avtomobil Yolları Dövlət Agentliyində ARAŞDIRMALAR APARILIR










