Hava limanında işə düzəltmək adı ilə 6 nəfərin pulunu ələ keçirən şəxs tutulub - VİDEO

İnsanların hava limanında işə düzəltmək adı altında aldadaraq pullarını ələ keçirən şəxs tutulub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Avtosfer.az-a verilən xəbərə görə, vətəndaşların etibarından sui-istifadə edərək onları işə düzəltmək adı altında aldadan və müxtəlif məbləğlərdə pul vəsaitlərini ələ keçirən əvvəllər məhkum olunmuş Rahil Fərəcov saxlanılıb.
Əməliyyat Daxili İşlər Nazirliyi Nəqliyyatda Baş Polis İdarəsinin Hava Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilib. Araşdırmalar zamanı müəyyən edilib ki, Rahil Fərəcov insanların sıx toplaşdığı yerlərdə özünü hava limanının əməkdaşı kimi təqdim edib və həmin yerə işçi axtardığını bildirib.
Ona müraciət edən şəxsləri isə Rahil Fərəcov hava limanı ərazisinə gətirib və guya onları işlə təmin edəcəyinə dair yalan vədlər verərək pullarını ələ keçirib. Bu yolla saxlanılan şəxsin 6 nəfəri aldatdığı müəyyən edilib.
Aşkar edilən faktlarla bağlı Hava Nəqliyyatında Polis İdarəsində araşdırma aparılaraq toplanmış materiala hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib. Rahil Fərəcovun qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa Daxili İşlər Nazirliyinə, Hava Nəqliyyatında Polis İdarəsinə, "102" Xidməti-Zəng Mərkəzinə və ya Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə müraciət edə bilərlər.
Prezident onu nazir müavini vəzifəsindən AZAD ETDİ
Ağlasığmaz fırıldaqları ilə məşhurlaşan “polkovnik”in taleyi necə oldu? - FOTOLAR
Bakının mərkəzi küçəsində sürücüləri çaşdıran yol nişanı ilə bağlı TƏDBİR GÖRÜLDÜ - FOTO
Hikmət Hacıyevin də adından yayılan video saxtadır - RƏSMİ
Məcəlləyə dəyişiklik edildi - Bu qayda pozuntusuna görə 500 manat cərimə
Sabah görünüş məsafəsi məhdudlaşacaq
Niyaməddin Musayevin qızı polkovnik imiş, uzun müddət RƏİS İŞLƏYİB
Bəzi ərazilərdə velosiped zolaqları ləğv edilsin - TƏKLİF
Metronun "Memar Əcəmi" stansiyasının girişində təhlükəli vəziyyət yaranıb? - RƏSMİ AÇIQLAMA
Müslümovla Hacıyevin əmlakları satışda - 350 minlik mənzil, avtomobillər… - FOTO
Həbs edilib azadlığa buraxılan məmurun milyonluq əmlakları satışa çıxarılır - ŞOK SİYAHI











