Bu təhsil müəssisələrində tədris dayandırıldı - Rəsmi

"Son günlər ölkə ərazisində müşahidə edilən intensiv yağıntılı hava şəraiti ilə əlaqədar Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində olan, ucqar kəndlərdə yerləşən bir sıra məktəblərdə şagirdlərin davamiyyətində azalma müşahidə edilir".
Bu barədə Avtosfer.az-a Quba-Xaçmaz Regional Təhsil İdarəsindən məlumat verilib.
Bildirilib ki, bəzi ərazilərdə nəqliyyat vasitələrinin hərəkətinin nisbətən çətinləşməsi səbəbindən şagirdlərin və pedaqoji kollektivin təhlükəsizliyinin təmin edilməsi prioritetdir:
"Bu səbəbdən çətin relyefə malik bölgələrdə yerləşən az sayda təhsil müəssisəsində tədris prosesinin həyata keçirilməsində qısamüddətli fasilələr yaranıb. Davamiyyətdə qısamüddətli fasilələrin müşahidə edildiyi təhsil müəssisələrində keçirilməyən dərslərin dərs cədvəlinə uyğun şəkildə kompensasiya edilməsi istiqamətində zəruri tədbirlər görüləcək. Bu çərçivədə dərslərin sıxlaşdırılmış qrafik üzrə təşkili imkanları dəyərləndirilir".
Sürücülərin NƏZƏRİNƏ: Yollarda görünüş 300 metrədək məhdudlaşacaq
Prezident minatəmizləmədə fərqlənənləri təltif etdi - Siyahı
Azərbaycanla bu ölkə sürücülük vəsiqələrini qarşılıqlı tanıyacaq
Dövlət qurumunun 17 yüksəkvəzifəli şəxsi cəzalandırılıb - RƏSMİ
Bir milyardlıq maliyyə pozuntusu iddiası: Saleh Məmmədovla bağlı ciddi ittihamlar
Sahil Babayevin yeni hədəfləri: Antiinhisar Maliyyə Nazirliyinin tabeliyinə verilə bilər
Bir icra başçısı işdən çıxardı, digəri vəzifə verdi - FOTO
Bu obyektlərə hüquqi mühafizə verilməyəcək - Prezident təsdiqlədi
Azərbaycanda yeni təqaüd təsis olundu - FƏRMAN
Müdafiə nazirinin yanındakı general kimdir? - DOSYE - FOTO
Bu yolda sürət həddi bərpa edildi










