Həccə getmək istəyənlərin NƏZƏRİNƏ
Xəbərlər 4 May 2021 13:54 Oxunub 216
Həccə getmək istəyənlərin NƏZƏRİNƏ

Bu il Səudiyyə Ərəbistanına Həcc ziyarəti yalnız koronavirus əleyhinə tibbi sığorta təqdim etməklə mümkün olacaq.

Avtosfer.az Trend-ə istinadən bildirir ki, bu barədə Səudiyyə Ərəbistanı hökumətinin qərarında deyilir.

Tibbi sığorta şəxsin xəstələnəcəyi təqdirdə koronavirusdan müalicə, karantinə alınma, eləcə də zəruri hallarda vətənə yola salınma xərclərini qarşılamalıdır.

Qeyd edək ki, ötən həftə sonu Səudiyyə Ərəbistanı sərhədləri açdığını və öz vətəndaşlarının səyahət məhdudiyyətlərini aradan qaldırdığını elan etmişdi.

Bu il Həcc ziyarəti iyulun ikinci yarısı olacaq.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh