“Hər an böyük faciə baş verə bilər” - Bakıda 10 ailənin həyatı təhlükədədir - VİDEO

Son aylarda yağan intensiv yağışlar nəticəsində Bakıda 10 ailənin həyatı təhlükə altına düşüb.
Avtosfer.az xəbər verir ki, paytaxtın Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində evlərin divarlarında çatlar əmələ gəlib, hasarlar isə uçub.
Yeni Günəşli yaylası küçəsində yaşayan ailələr deyirlər ki, son bir ildə yağan intensiv yağışlar torpağın sürüşməsini daha da aktivləşdirib. İkimərtəbəli bəzi evlər hər an uçma təhlükəsi ilə üz-üzədir: “Evimdə çatlar baş verib. Bu gündən sabaha ümidimiz yoxdur. Sürüşmə nəticəsində hər an böyük faciə baş verə bilər. Acınacaqlı vəziyyətdəyik. Heç kimdən də kömək ala bilmirik. Hara gedirik, deyirlər ki, öz hesabınıza kirayəyə çıxın. Bizim də elə bir imkanımız yoxdur. Evdə körpə uşaqlarımız var”.
Sakinlər Fövqəladə Hallar Nazirliyinə müraciət ediblər. Qurumun əməkdaşları əraziyə baxış keçirərək, evlərin boşaldılması üçün rəy veriblər. Burada yaşayan vətəndaşların sözlərinə görə, uçma təhlükəsi olan evlərdən birinin sahibi Suraxanı Rayon İcra Hakimiyyəti tərəfindən kompensasiya alaraq ərazini tərk edib. Digər 10 ailə də istəyir ki, kompensasiya ödənilsin və təhlükəli zonadan çıxsınlar.
Suraxanı RİH-dən isə bildirilib ki, məsələ araşdırıldıqdan sonra rəsmi açıqlama veriləcək.
Daha ətraflı videomaterialda:
Yollarda duman var - Sürücülərin nəzərinə!
İlqar Hacıyevin Bakıdakı əmlakları müsadirə edildi - Siyahı
İlham Əliyev Fərman imzaladı
Paşinyan dəmiryolu daşımalarına görə İlham Əliyevə TƏŞƏKKÜR EDİB
İlham Əliyevdən diplomatik xidmətə qəbulla bağlı FƏRMAN
Saleh Məmmədovun əsas adamları vəzifələrindən kənarlaşdırıldı - FOTO
Baş nazirdən hərbi qulluqçuların maaşları ilə bağlı - Qərar
Vasif Talıbovun YAXIN ADAMINA cinayət işi açıldı
Prezidentin qızları və gəlini Yaşama Dəstək Mərkəzində - FOTOLAR
Könül Həmzəyeva axtarışa verildi - Dələduzluğa görə
Avtomobil Yolları Dövlət Agentliyində ARAŞDIRMALAR APARILIR










