Hərbi aerodrom NATO hava qüvvələrinin YERLƏŞDİRİLMƏSİ ÜÇÜN AÇILIR

Albaniya Sovet İttifaqı tərəfindən tikilmiş Kucova hərbi aerodromunu NATO hava qüvvələrinin yerləşdirilməsi üçün açır.
Bu barədə NATO-nun mətbuat xidməti məlumat yayıb.
Alyansın sözçüsü Daylan Vayt bildirib ki, Kucova aviabazasının yenidən qurulması strateji sərmayədir: "Biz Qərbi Balkanlarda mövcudluğumuzu gücləndirməyə davam etməliyik".
Qeyd edək ki, aerodrom Albaniyanın paytaxtından 80 km aralıda yerləşir. Yenidənqurma xərcləri 50 milyon avro təşkil edir.
Bundan əvvəl Albaniyanın Baş naziri Edi Rama deyib ki, aviabazanın açılması Rusiyadan qaynaqlandığı iddia edilən təhlükə ilə əlaqəlidir. “Albania Daily News” informasiya portalının məlumatına görə, aerodrom helikopterləri, pilotsuz uçuş aparatları və NATO Hərbi Hava Qüvvələrinin təyyarələrini yerləşdirmək üçün istifadə olunacaq. ("Report")
Fidan Azərbaycanla bağlı sevindirici xəbəri açıqladı
Bakıda piyada zonaları ilə bağlı VACİB MƏQAM - "Bunu etməsələr, effekt verməyəcək" - FOTO
Bakının bu rayonlarında söküntü planlaşdırılır - VİDEO
Prezident bu məmuru yüksək vəzifədən azad etdi - SƏRƏNCAM - FOTO
Azərbaycanda 6 gün qar yağacaq - XƏBƏRDARLIQ
İlham Əliyev Şuşa ilə bağlı qanunu imzaladı
"ADY" ötən il 400-ə yaxın blok-qatar qəbul etdi - FOTO - VİDEO
Azərbaycanın şimal-qərb bölgəsinə güclü qar yağır - VİDEO
Quba-Qusar yolunda son vəziyyət necədir? - VİDEO
Bu avtobuslarda gediş haqqı bahalaşdı - Sərnişinlərin DİQQƏTİNƏ!
Prezident müşavirə keçirdi - TAM MƏTN - FOTO - YENİLƏNİB











