Hərbi attaşelər DİN DQ-nin Ali Hərbi Məktəbini ziyarət ediblər - FOTO

2024-cü ilin təsdiq olunmuş fəaliyyət planına əsasən, xarici dövlətlərin ölkəmizdə akkreditə olunan hərbi attaşeləri Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının (DİN DQ) Ali Hərbi Məktəbini ziyarət ediblər.
Avtosfer.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, 18 ölkədən 23 hərbi attaşelik aparatının nümayəndəsinin iştirak etdiyi ziyarətdə məktəbin rəisi general-mayor Elçin Məmmədov qonaqları salamlayıb, onları burada qəbul etməkdən məmnun olduğunu qeyd edib.
Əvvəlcə qonaqlara DİN DQ-nin Ali Hərbi Məktəbinin tarixi və əsas fəaliyyət istiqamətləri barədə brifinq təqdim olunub.
Brifinq başa çatdıqdan sonra hərbi attaşelər kursantların dərs prosesini izləyib, məktəbin ərazisində onlar üçün yaradılan şəraitlə tanış olublar.
Görüşün sonunda qonaqlara xatirə hədiyyələri təqdim edilib.
Fidan Azərbaycanla bağlı sevindirici xəbəri açıqladı
Bakıda piyada zonaları ilə bağlı VACİB MƏQAM - "Bunu etməsələr, effekt verməyəcək" - FOTO
Bakının bu rayonlarında söküntü planlaşdırılır - VİDEO
Prezident bu məmuru yüksək vəzifədən azad etdi - SƏRƏNCAM - FOTO
Azərbaycanda 6 gün qar yağacaq - XƏBƏRDARLIQ
İlham Əliyev Şuşa ilə bağlı qanunu imzaladı
"ADY" ötən il 400-ə yaxın blok-qatar qəbul etdi - FOTO - VİDEO
Azərbaycanın şimal-qərb bölgəsinə güclü qar yağır - VİDEO
Quba-Qusar yolunda son vəziyyət necədir? - VİDEO
Bu avtobuslarda gediş haqqı bahalaşdı - Sərnişinlərin DİQQƏTİNƏ!
Prezident müşavirə keçirdi - TAM MƏTN - FOTO - YENİLƏNİB











