Hərbi-nəqliyyat vəzifəsi haqqında qanunvericiliyin pozulmasına görə CƏRİMƏLƏR ARTIRILDI

Hərbi-nəqliyyat vəzifəsi haqqında qanunvericiliyin pozulmasına görə cərimələr 2 dəfə artırılacaq.
Avtosfer.az xəbər verir ki, bu, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, Azərbaycan Respublikasının dövlət və yerli özünüidarəetmə orqanları, nəqliyyat vasitələrinin mülkiyyətçisi (sahibi) olan təşkilatlar tərəfindən müvafiq icra hakimiyyəti orqanının sorğusuna əsasən nəqliyyat vasitələrinin mövcudluğu və texniki vəziyyəti barədə məlumatların təqdim edilməməsinə görə vəzifəli şəxslər üç yüz manatdan beş yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər doqquz yüz manatdan min yüz əlli manatadək məbləğdə cərimə ediləcək.
Hazırda bu xətaya görə vəzifəli şəxslər yüz əlli manatdan iki yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz əlli manatdan beş yüz əlli manatadək məbləğdə cərimə edilir.
Həmçinin, layihəyə əsasən, Səfərbərlik tapşırıqlarına uyğun olaraq hərbi-nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə və qanunvericiliyə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrə və xüsusi birləşmələrə müəyyən edilmiş qaydada təqdim olunmamasına görə -
vəzifəli şəxslər dörd yüz manatdan alt manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan min iki yüz manatadək məbləğdə cərimə ediləcək. Hazırda bu xətaya görə vəzifəli şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, hüquqi şəxslər dörd yüz manatdan altı yüz manatadək məbləğdə cərimə edilir.
Fuad Nəcəfli istintaqa cəlb edildi
Prezidentdən Naxçıvanla bağlı SƏRƏNCAM: Bir neçə quruma göstəriş verildi
Bakıda limuzinlər üçün parklanma problemi: Ödəniş necə hesablanmalıdır? - FOTO
Prezident fərman imzaladı: Bu qurumlar birləşdirilir – TAM SİYAHI
Hikmət Hacıyev: Vardanyanla bağlı məhkəmə qərarı 30 illik münaqişənin məntiqi yekunudur
Restoranlar müştərilərin telefonlarının şarj edilməsinə görə ödəniş istəyir? - VİDEO
Aeroport yolunda yeni nəzarət sistemi qurulur - Hərəkət məhdudlaşdırılacaq - VİDEO
Naxçıvandan TRIPP marşrutuna qoşulacaq dəmir yollarında görülən işlərin SON GÖRÜNTÜLƏRİ - VİDEO
"İdrak" liseyində şagirdi tərəfindən güllələnən müəllimədən XƏBƏR VAR
İki icra başçısı cəzalandırıldı; birinə töhmət, birinə xəbərdarlıq
General-leytenant komandan da vəzifəsindən gedir









