Banner

Hərbi Qənimətlər Parkında istifadə olunmuş biletlər təkrar satılır? - İDDİA

Xəbərlər 14 May 2021 10:00 Oxunub 3994
Hərbi Qənimətlər Parkında istifadə olunmuş biletlər təkrar satılır? - İDDİA
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Hərbi Qənimətlər Parkını ziyarət edən şəxslərdən biri orada olan nöqsanı sosial şəbəkədə paylaşıb. Parkı ziyarət etmək istəyən şəxs bildirir ki, giriş üçün 6 bilet alaraq turniketə yaxınlaşıb, lakin işçilərdə olan xüsusi cihaz bileti tanımayıb.

"Qarşıda turniket və əllərində QR kod yoxlamaq ücün cihaz olan iki xanım gözləyirdi. Xanımlar bir-bir biletləri scan edir və cihaz hər dəfə “not found” (tapılmadı) siqnalı verir. Səbəbini soruşduqda, "belə şeylər olur"- dedilər. Biletləri atmaq üçün zibil qutusu olmadığından cibimə qoydum. Daha sonra atmaq istəyərkən bizə köhnə bilet satıldığını və cihazın bu səbəbdən QR kodu tanımamasını anladım. Yəni bilet alarkən saat 16:45-i göstərsə də, bilet üzərində saat 10:00 qeyd olunub. Kassada saata uyğun biletin çap edilmədiyini və məhz masa üzərində seçilib verildiyinə şahidəm.
Ziyarətçi sayını süni şəkildə az göstərərək kimlərinsə cibini doldurmasını iddia etmək istəməzdim, amma ağlıma başqa fikir də gəlmir".

Avtosfer.az">Avtosfer.az məsələ ilə bağlı qarşı tərəfi dinləməyə və verilən açıqlamanı dərc etməyə hazırdır.

 

Fərid

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh