Banner

Həyat yoldaşı və bacısı avto-qəzada həyatını itirən süpürgəçi xanımın köməyə ehtiyacı var - VİDEO

Xəbərlər 7 İyun 2021 18:10 Oxunub 790
Həyat yoldaşı və bacısı avto-qəzada həyatını itirən  süpürgəçi xanımın köməyə ehtiyacı var - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Azərbaycanda süpürgəçi işləyən qadın işdən çıxarılıb.

Bu barədə videogörüntülər sosial şəbəkələrdə yayılıb.

Qadın açıqlaması zamanı bildirib ki, işdən çıxarıldığı üçün heç bir gəlir yeri yoxdur:

“Şəkər xəstəliyindən əziyyət çəkdiyim üçün yerimə problemim var. Bunu səbəb gətirərək məni işdən çıxardılar. Kirayə yaşadığım mənzilin pulunu ödəyə bilmirəm. Bacım da süpürgəçi işləyirdi. Bacım yolu süpürən zaman maşın vurdu və öldü”.

Qadının istəyi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin Ahıl Şəxslər üçün Sosial Xidmət Müəssisəsinə yerləşdirilməsidir.

Həmin qadının açıqlamasını təqdim edirik:

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh