Heydər Əliyev Beynəlxalq Aeroportunda ödənişsiz "WiFi" ləğv olunub? - RƏSMİ AÇIQLAMA

Heydər Əliyev Beynəlxalq Aeroportunda daim açıq, ödənişsiz "WiFi" internet olurdu. İndi onu hansısa səbəbdən kəsiblər.
Avtosfer.az xəbər verir ki, belə bir narazılıq sosial şəbəkədə müzakirə mövzusuna çevrilib.
Qeyd olunub ki, əvvəl təyyarədən düşəndə "WhatsApp"dan istifadə etmək olurdu, indi onu da kəsiblər. "Yəni beşulduzlu aeroportumuzun sərnişinlərini internetlə təmin etmək imkanı yoxdur?" - deyə şikayətdə vurğulanıb.
Məsələ ilə bağlı Heydər Əliyev Beynəlxalq Aeroportuna sorğu ünvanladıq.
Qurumun mətbuat katibi Nərmin Xəlilova açıqlamasında problemin olduğunu təsdiqləyib.
"Heydər Əliyev Beynəlxalq Aeroportunda internet bağlantısının təkmilləşdirilməsi məqsədilə avadanlıqların yenilənməsi işləri aparılır. Bu proses sərnişinlərimiz üçün daha dayanıqlı və sürətli internet bağlantısı təmin etməyə yönəlib. Yenidənqurma işləri səbəbindən şəbəkəyə giriş müvəqqəti olaraq fasilələrlə məhdudlaşdırıla bilər", - deyə N.Xəlilova bildirib.
(oxu.az)
Azərbaycanın şimal-qərb bölgəsinə güclü qar yağır - VİDEO
Quba-Qusar yolunda son vəziyyət necədir? - VİDEO
Bu avtobuslarda gediş haqqı bahalaşdı - Sərnişinlərin DİQQƏTİNƏ!
Prezident müşavirə keçirdi - TAM MƏTN - FOTO - YENİLƏNİB
Avtobusda soyğunçuluq edən 3 nəfər saxlanıldı - VİDEO
Dumanlı hava şəraiti səbəbindən görünüş məhdudlaşacaq
Sabahdan Gəncə-Qəbələ-Gəncə qatarı fəaliyyətə başlayır
Zəif maqnit qasırğası proqnozlaşdırılır - Günəşdə aktivlik artıb
Azərbaycanda bu taksi şirkəti bağlanır
Vəfadan maşın-pul alanı Allah görbagor etsin - Kərimov - FOTO
Prezident İlham Əliyev deputatla bağlı sərəncam verdi - FOTO











