Banner

Həyətində çətənə kolu yetişdirən şəxs tutuldu - FOTO - VİDEO

Xəbərlər 16 İyun 2025 17:11 Oxunub 318
Həyətində çətənə kolu yetişdirən şəxs tutuldu - FOTO - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat zamanı narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan 46 yaşlı Kamandar İbrahimov saxlanılıb. 

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Avtosfer.az-a bildirilib ki, onun yaşadığı evin həyətyanı sahəsindən kultivasiya edərək yetişdirdiyi 29 ədəd çətənə kolu aşkar olunub. Saxlanılan şəxs narkotik tərkibli bitkilərə aqrotexniki qulluq göstərərək yetişdirdiyini və qazanc əldə etmək məqsədilə əkdiyini bildirib.

Faktla bağlı cinayət işi başlanılıb,  K.İbrahimov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh