Banner

Həyətyanı sahəsində narkotik yetişdirən şəxs saxlanıldı - VİDEO

Xəbərlər 19 İyun 2023 12:18 Oxunub 502
Həyətyanı sahəsində narkotik yetişdirən şəxs saxlanıldı  - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı rayon ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan və narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan rayonun Şamlı kənd sakini Azər Yusibov şübhəli şəxs qismində saxlanılıb.

Bu barədə Avtosfer.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Bildirilib ki, onun yaşadığı ünvana baxış keçirilərkən yarımtikilidən yarım kiloqrama yaxın qurudulmuş marixuana və evin həyətyanı sahəsində aqrotexniki qaydada qulluq göstərilməklə yetişdirilən çətənə kolları aşkar edilərək götürülüb.

A.Yusibov ifadəsində əməlini etiraf edib. Faktla bağlı Qəbələ Rayon Polis Şöbəsində əməliyyat-istintaq tədbirləri davam etdirilir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh