Heyvanların relslərə çıxması səbəbindən 48 toqquşma baş verdi - VİDEO

Bu ilin yanvar-oktyabr aylarında "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sərnişin və yük qatarlarının qarşısına heyvanların çıxması nəticəsində 48 toqquşma hadisəsi baş verib.
Avtosfer.az xəbər verir ki, bu barədə ADY QSC-nin vətəndaşlara müraciətində bildirilib.
Müraciətdə qeyd edilib ki, sahibsiz buraxılan mal-qara qatarların hərəkətinə ciddi təhlükə yaradır:
"Bu ilin 10 ayı ərzində ADY-nin sərnişin və yük qatarlarının qarşısına heyvanların çıxması nəticəsində 48 toqquşma hadisəsi baş verib. Nəticədə qatarlara ciddi maddi zərər dəyib, qrafikdə gecikmələr yaşanıb, heyvanlar tələf olub".
"Bir daha hamımızın sərvəti olan qatarları qorumağa çağırır və xatırladırıq ki, heyvanları nəzarətsiz buraxmaq kimi məsuliyyətsiz hərəkət Azərbaycan qanunvericiliyi əsasında cərimələnmə ilə nəticələnir," - deyə müraciətdə bildirilir.
Azərbaycanın şimal-qərb bölgəsinə güclü qar yağır - VİDEO
Quba-Qusar yolunda son vəziyyət necədir? - VİDEO
Bu avtobuslarda gediş haqqı bahalaşdı - Sərnişinlərin DİQQƏTİNƏ!
Prezident müşavirə keçirdi - TAM MƏTN - FOTO - YENİLƏNİB
Avtobusda soyğunçuluq edən 3 nəfər saxlanıldı - VİDEO
Dumanlı hava şəraiti səbəbindən görünüş məhdudlaşacaq
Sabahdan Gəncə-Qəbələ-Gəncə qatarı fəaliyyətə başlayır
Zəif maqnit qasırğası proqnozlaşdırılır - Günəşdə aktivlik artıb
Azərbaycanda bu taksi şirkəti bağlanır
Vəfadan maşın-pul alanı Allah görbagor etsin - Kərimov - FOTO
Prezident İlham Əliyev deputatla bağlı sərəncam verdi - FOTO











