Banner

Həzi Aslanov metrosu yaxınlığında iki AZYAŞLI KÜÇƏDƏ YATIB - VİDEO - YENİLƏNİB

Xəbərlər 12 Sentyabr 2025 14:23 Oxunub 574
Həzi Aslanov metrosu yaxınlığında iki AZYAŞLI KÜÇƏDƏ YATIB - VİDEO  - YENİLƏNİB
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Həzi Aslanov metrostansiyası yaxınlığında azyaşlıların küçədə qalması ilə bağlı yayılan görüntülərlə əlaqədar polis əməkdaşları tərəfindən tədbirlər görülüb.

Avtosfer.az xəbər verir ki, tədbirlər nəticəsində həmin azyaşlılardan biri – 14 yaşlı uşaq polis əməkdaşları tərəfindən tapılaraq valideynlərinə təhvil verilib.

İlkin araşdırma zamanı azyaşlının valideynləri ilə mübahisə etdiyi və xəbərsiz evdən çıxdığı müəyyən edilib.

Hazırda digər azyaşlının da ailəsinə verilməsi istiqamətində tədbirlər davam etdirilir.

***12:18

Xətai rayonunda Həzi Aslanov metrostansiyası yaxınlığında azyaşlı uşaqların küçədə yatması ilə bağlı yayılan görüntülər polis əməkdaşları tərəfindən yoxlanılıb.
 
DİN Mətbuat Xidmətinin əməkdaşı Cəsarət Qənbərli bildirib ki, əraziyə keçirilən baxış zamanı 2 uşağın orada olmadığı müəyyən edilib. Hazırda onların şəxsiyyətlərinin müəyyən olunması və qanunvericiliyə uyğun tədbirlərin görülməsi məqsədilə araşdırmalar aparılır.( BAKU.WS)

***11:53

Həzi Aslanov metrosu yaxınlığında acınacaqlı mənzərə müşahidə olunub.

Avtosfer.az xəbər verir ki. bu barədə BAKU.WS-in "qaynar xətt"inə daxil olan şikayətə görə, iki azyaşlı uşaq yağışlı və soyuq havada kartonların üzərində yatıblar.

Vətəndaşlar bildiriblər ki, uşaqların bu şəraitdə qalması həm sağlamlıq, həm də təhlükəsizlik baxımından ciddi narahatlıq doğurur.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh