“Hizbullah” İsrail hərbi bazalarını atəşə tutdu
Xəbərlər
26 Oktyabr 2024 22:46
Oxunub 434
“Hizbullah” təşkilatının döyüşçüləri Hayfa və Safed şəhərlərindəki İsrail hərbi bazalarına raket zərbələri endirib.
Avtosfer.az xəbər verir ki, bu barədə qrup özünün teleqram kanalında məlumat yayıb.
“İslam müqaviməti döyüşçüləri Hayfanın şimalındakı Ha-Krayot ətrafında yerləşən hərbi hədəflərə zərbələr endirib və onları vurublar”, - məlumatda bildirilib.
Onlar həmçinin Livanla sərhəddən 20 km aralıda, Safed şəhəri yaxınlığındakı Mişarda İsrail hərbi kəşfiyyat bazasına və səhra düşərgəsinə zərbə endirdiklərini açıqlayıblar.
(qafqazinfo)
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR