Banner

Hökməlidə içməli suya həsrət qalanlar var - VİDEO

Xəbərlər 16 Yanvar 2022 09:00 Oxunub 1118
Hökməlidə içməli suya həsrət qalanlar var - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Hökməli qəsəbəsinin yaxınlığından su xətti keçsə də, onlar içməli su üzünə həsrətdilər. Aidiatı qurumlara illərdir edilən müraciətlər isə nəticəsiz qalıb. Belə olan halda sakinlər məcbur qalıb suyu maşınlardan pulla alırlar. 

Bu şəxslər, yaşadıqları ərazidə su xətlərinin olmamasından şikayətçidir.

Söhbət  Abşeron rayon Hökməli qəsəbəsi, Yeni yaşayış massivindən gedir. Sakinlər iddia edirlər ki, dəfələrlə Azərsuya bununla bağlı müraciət etsələr də, heç bir nəticəsi olmayıb. 

Sakinlərin sözlərinə görə ərazidə 10 ilə yaxındır yaşayış olmasına baxmayaraq su xətləri çəkilmir...

Onların sözlərinə görə suyu maşınlardan satın alırlar ki, bu da onların ailə büdcəsi üçün əlavə yükdür.

Sözü gedən məsələyə Azərsu açıq səhmdar cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı da münasibət bildirib..

Sakinlər su probleminin tamami ilə həll edləcəyi günü səbrsizliklə gözləyirlər.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh