Hökməlidə narkotikə görə 4 nəfər saxlanılıb - VİDEO

Hökməlidə narkotiklərin satışı ilə məşğul olan və üzərində qanunsuz olaraq odlu silah saxlayan şəxslərə qarşı əməliyyatlar keçirilib daha 4 nəfər saxlanılıb.
Bu barədə Avtosfer.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Abşeron Rayon Polis İdarəsinin Qobu Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri silsilə tədbirlər nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Orxan Cəbrayılov və Nazim Abbasov saxlanılıblar.
Bu şəxslərdən külli miqdarda heroin və metamfetamin aşkar edilib. Hər iki şəxsin narkotik vasitələri əvvəllər məhkum olunmuş Hökməli qəsəbəsində yaşayan Fəqani Qeybullayevdən aldıqları müəyyən edilib. Bölmə əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı həmin şəxs də saxlanılaraq istintaqa təqdim edilib. Onun üzərindən 3 kiloqrama yaxın heroin aşkar edilib. Fəqani Qeybullayev ifadəsində bir müddət əvvəl "Baba" adlı İran vətəndaşı ilə tanış olduğunu daha sonra onun maddi gəlir qarşılığında ölkə ərazisində narkokuryerlik təklifi ilə razılaşdığını bildirib. O, həmin şəxsin qaçaqmalçılıq yolu ilə Azərbaycana göndərdiyi narkotik vasitəni satmaq məqsədi ilə əldə etdiyini bildirib.
Bölmə əməkdaşlarının həyata keçirdikləri digər əməliyyat zamanı üzərində qanunsuz olaraq odlu silah saxlayan əvvəllər məhkum olunmuş Hikmət Burcəliyev də saxlanılıb. Ondan 1 ədəd müvafiq sənədləri olmayan ov tüfəngi və 5 ədəd patron aşkar edilərək götürülüb.
Faktlarla bağlı Qobu Polis Bölməsində toplanan materiallar Abşeron Rayon Polis İdarəsinə göndərilib, əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Bakının mərkəzi prospektində AVTOBUS ZOLAĞI LƏĞV OLUNUR? - VİDEO
Yenicə vəzifə verilmişdi, işdən ÇIXARILDI
Bakının bir küçəsi bu gündən tam bağlanır - SƏBƏB - FOTO
Xırdalanda açılacaq tunel bu vaxtdan istifadəyə veriləcək – Rəsmi AÇIQLAMA
Prezident onu nazir müavini vəzifəsindən AZAD ETDİ
Ağlasığmaz fırıldaqları ilə məşhurlaşan “polkovnik”in taleyi necə oldu? - FOTOLAR
Bakının mərkəzi küçəsində sürücüləri çaşdıran yol nişanı ilə bağlı TƏDBİR GÖRÜLDÜ - FOTO
Hikmət Hacıyevin də adından yayılan video saxtadır - RƏSMİ
Məcəlləyə dəyişiklik edildi - Bu qayda pozuntusuna görə 500 manat cərimə
Sabah görünüş məsafəsi məhdudlaşacaq
Niyaməddin Musayevin qızı polkovnik imiş, uzun müddət RƏİS İŞLƏYİB











