Hövsan qəsəbəsində məhəllədaxili yollarda təmir işləri aparılır - FOTO - VİDEO

Cari ilin “İnvestisiya Proqramı”na əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Suraxanı rayonu Hövsan qəsəbəsində Məktəbli küçəsinin məhəllədaxili yollarında əsaslı təmir işləri aparılır.
Avtosfer.az xəbər verir ki, uzunluğu 1300, eni ortalama 6 metr təşkil edən sözügedən küçə torpaq əsaslı olduğu üçün gediş-gəlişdə problemlərə səbəb olurdu, hərəkətin rahat və təhlükəsizliyini təmin etmirdi.Aparılan yenidənqurma işləri çərçivəsində küçəboyu zəruri olan yerlərdə yararsız qrunt qazılaraq çıxarılıb, əks-dolğu işləri icra olunub, yeni yol yatağının və küçənin profilə salınması işləri görülüb. Hazırda ərazidə yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunur.
Qeyd edək ki, “İnvestisiya Proqramına”na əsasən, cari il ərazində Hövsan qəsəbəsi ərazisində ümumi uzunluğu 4.5 km təşkil edən küçənin təmiri nəzərdə tutulub.






İlham Əliyev müraciət ünvanladı
Onlar Bakıya buraxılmayacaq - QƏRAR
Yollarda görünüş məsafəsi 800 metrədək məhdudlaşacaq
Bakıda fəaliyyət göstərən taksi Sumqayıta getsə cərimələnəcək? - VİDEO
Poti-Bakı ekspres blok-qatarı yola salındı - FOTOLAR
Kamran Əliyev Abşeronun prokurorunu işdən çıxardı - FOTO
Prezident sərancam imzaladı - Şahin Bağırovun rütbəsi artırıldı
Prezident İlham Əliyev onları təltif etdi - SƏRƏNCAM
ADY sədri gürcü həmkarı ilə görüşdü - FOTOLAR
Bakının mərkəzi prospektində AVTOBUS ZOLAĞI LƏĞV OLUNUR? - VİDEO
Yenicə vəzifə verilmişdi, işdən ÇIXARILDI











