Hövsanda çürümüş ağac avtomobilin üstünə AŞDI – VİDEO - YENİLƏNİB

Suraxanı rayonu Hövsan qəsəbəsi, İlqar Əhlimanov küçəsində çürümüş ağacın avtomobilin üstünə aşması nəticəsində xəsarət alan olmayıb.
Bu barədə Bakı Şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyindən Oxu.az-a məlumat verilib.
Bildirilib ki, hadisədən sonra qurumun əməkdaşları hadisə yerinə gəlib və ağacın aşması nəticəsində yaranan fəsadları aradan qaldırıblar.
***
Suraxanı rayonu Hövsan qəsəbəsində sakinləri qorxudan olay baş verib. Güclü külək nəticəsində İlqar Əhlimanov küçəsində çürümüş ağac avtomobilin üstünə aşıb.
Bu barədə Bizim.Media-ya qəsəbə sakinləri məlumat verib. Dediklərinə görə aşan ağac uzun müddətdir ki, çürümüş halda olub. Xoşbəxtlikdən hadisə zamanı xəsarət alan olmayıb.
Halbuki həmin əraziyə yaxın iki məktəb yerləşir və hadisə baş verən küçə məktəblilərin istifadə etdiyi yoldur.
Məsələ ilə bağlı Bakı aidiyyəti quruma sorğu göndərilib.













