“Hüquqi Təhlil və Araşdırmalar” İB Ermənistanın cinayətləri ilə bağlı hesabat hazırlayıb

“Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyinin təşkilatçılığı ilə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində işğalçı Ermənistanın Azərbaycanın dinc əhalisinə qarşı törətdiyi müharibə cinayətlərinin beynəlxalq humanitar hüquq kontekstində qiymətləndirilməsi ilə bağlı hesabatın təqdimatı keçirilib. Hesabat ingilis dilində hazırlanıb və beynəlxalq qurumlara təqdim olunması nəzərdə tutulub.
Avtosfer.az xəbər verir ki, tədbirdə “Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyinin sədri Ramil İskəndərli bildirib ki, təqdim olunan hesabat ümumilikdə Ermənistan ordusunun Azərbaycan mülki əhalisinə qarşı törətdiyi cinayətlər beynəlxalq hüquq normalarına nəzərən qiymətləndirilməsi və beynəlxalq təşkilatlardan münasibət bildirilməsi tələbi məqsədilə hazırlanıb.
Hesabat aşağıdakı məsələləri əhatə edir:
• Beynəlxalq hüquqda mülki şəxslərin qorunması;
• Qarabağ münaqişəsi haqqında bilməli olduğumuz bəzi faktlar;
• Ermənistan tərəfindən mülki şəxslərə edilən hücumlar və mülki itkilərin sayı;
• Atəşkəsin Ermənistan tərəfindən 3 dəfə pozulması;
• Bərdədə mülki şəxslərin kütləvi qətlləri;
• Gəncəyə raket zərbələri;
• Mülki insanlara humanitar dəstək;
• Ermənistandan neft kəmərinə raket zərbəsi;
• Azərbaycan yalnız hərbi obyektlərə zərbə vurmaqla müharibə qanunlarına riayət etməsi;
• Beynəlxalq hüquqda silahlı qarşıdurmalarda qadın və uşaqların qorunması;
• Ermənistan ordusunda azyaşlı əsgərlərdən istifadə və beynəlxalq hüquqi aspektlər;
• Təhsil müəssisələrinin Ermənistan tərəfindən hərbi məqsədlər üçün istifadəsi;
• Uşaqların xüsusi qorunmasının beynəlxalq hüquq aspektləri;
• Mülki insanları qorumaq üçün Azərbaycan tərəfindən həyata keçirilən Ermənistanı sülhə məcburetmə siyasəti və beynəlxalq hüquq və doktrinalara uyğunluğu;
• Nəticə və beynəlxalq birliyə müraciət.
Hesabatın sonunda beynəlxalq təşkilatlara edilən müraciətdə Ermənistanın insanlığa qarşı törətdiyi bu müharibə cinayətlərinin qətiyyətlə pislənilməsi və təcavüzkara qarşı müvafiq tədbirlərin görülməsi tələb olunur.
Bu yolda sürət həddi bərpa edildi
Quba-Xınalıq yolunda avtomobillərin hərəkəti qismən bərpa olundu - YENİLƏNİB
NİİM işıqforlarla bağlı hərəkət iştirakçılarına müraciət etdi - FOTOLAR
Azərbaycan neftinin qiyməti rekord həddə bahalaşdı - SON RƏQƏM
Bu yolda sürət həddi endirildi - FOTO
Sürücülərin NƏZƏRİNƏ: Bəzi yollarda duman olacaq
Bakıda yaşayanlara VACİB XƏBƏR! - Bu gündən etibarən...
Yollarda görünüş MƏHDUDLAŞACAQ - SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ!
Ermənistana göndərilən Rusiya taxılı Biləcəridən yola salınıb - FOTO - YENİLƏNİB
5 milyona görə Vasif Talıbovu günahlandırır - Bu məmurların da adı keçir
Dövlən Agentliyi MAXE qəbulu başladı - Yaş və boy bu qədər olmalıdır










