Husilərin Qırmızı dənizdə yük gəmisini ələ keçirmələrinin görüntüləri yayıldı - VİDEO

Qırmızı dənizdə Yəmənin “Ənsar Allah” (husilər) üsyançı hərəkatı tərəfindən ələ keçirilən “Galaxy Leader”in operatoru Yaponiyanın “Nippon Yusen” (NYK Line) şirkətidir.
Bu barədə “Kyodo” agentliyi məlumat yayıb.
Bildirilir ki, göyərtədə Bolqarıstan, Meksika, Rumıniya, Ukrayna və Filippindən 25 ekipaj üzvü olub. Komandada nə İsrail, nə də Yaponiya vətəndaşının olmadığı vurğulanır. Gəmi Böyük Britaniyadan olan bir şirkətə məxsusdur.
Sosial şəbəkələrdə gəminin husilər tərəfindən ələ keçirilməsinin görüntüləri yayılıb.
Xatırladaq ki, “Ənsar Allah”ın sözçüsü Yəhya Səriya Qırmızı dənizdə İsrail gəmisini ələ keçirərək onu Yəmən sahillərinə çəkdiyini iddia edib. Bəyanata görə, heyət üzvləri saxlanılıblar.
Öz növbəsində İsrail Müdafiə Qüvvələri bəyan edib ki, Türkiyədən Hindistana səfər edən “Galaxy Leader”in yəhudi dövləti ilə heç bir əlaqəsi yoxdur və ekipaj üzvləri arasında heç bir israilli yoxdur. İsrailin baş naziri Benyamin Netanyahunun ofisi gəminin ələ keçirilməsində İranı günahlandırıb.
Gəmi Baham adaları Birliyinin bayrağı altında üzüb. O, sonuncu dəfə yerləşdiyi yer haqqında məlumatı noyabrın 18-də saat 13:04-də ötürüb. Hazırda gəminin transponderləri sıradan çıxarılıb.
oxu.az
Müslümovla Hacıyevin əmlakları satışda - 350 minlik mənzil, avtomobillər… - FOTO
Həbs edilib azadlığa buraxılan məmurun milyonluq əmlakları satışa çıxarılır - ŞOK SİYAHI
Dörd ay əvvəl tutulan şirkət rəhbəri həbsdən buraxıldı - FOTO
“İnanın mənə, bu, xoş hissdir” - Prezident sülhdən danışdı
Prezident Davosda “Euronews”a müsahibə verdi - FOTOLAR - YENİLƏNİB
Fidan Azərbaycanla bağlı sevindirici xəbəri açıqladı
Bakıda piyada zonaları ilə bağlı VACİB MƏQAM - "Bunu etməsələr, effekt verməyəcək" - FOTO
Bakının bu rayonlarında söküntü planlaşdırılır - VİDEO
Prezident bu məmuru yüksək vəzifədən azad etdi - SƏRƏNCAM - FOTO
Azərbaycanda 6 gün qar yağacaq - XƏBƏRDARLIQ
İlham Əliyev Şuşa ilə bağlı qanunu imzaladı











