İaşə obyektlərində hələ də qaz balonlarından istifadə edilir REYD/VİDEO
Xəbərlər
5 Aprel 2022 22:47
Oxunub 1170

Bakıda yerləşən ictimai-iaşə obyektlərinin qeyri-qanuni qazlaşdırılmasının aşkar edilməsi məqsədilə "Azəriqaz" İstehsalat Birliyi və Bakı Şəhər İcra Hakimiyyətinin məsul əməkdaşları tərəfindən reyd keçirlib.
Avtosfer.az-ın məlumatına görə, reyd zamanı məlum olub ki, qadağan edilməsinə baxmayaraq, hələ də ictimai-iaşə obyektlərində qaz balonlarından istifadə edilir. Bəzi obyektlərdə isə mətbəx hissəyə rezin borular vasitəsi ilə qaz xəttinin çəkildiyi üzə çıxıb. Digər bir obyektin mətbəxində qaz balonlarının dolabın içərisinə qoyularaq istifadə edildiyi aşkarlanıb. Söhbət paytaxtın Fəvvarələr meydanı və Nizami küçəsində yerləşən bəzi ictimai-iaşə obyektlərindən gedir.
Reydlər davam etdiriləcək.
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR













