İbrahim Rəisinin helikopterinin qəzaya uğradığı yer müəyyənləşdirilib - YENİLƏNİB

Xəbərlər 20 May 2024 09:12 Oxunub 564
İbrahim Rəisinin helikopterinin qəzaya uğradığı yer müəyyənləşdirilib - YENİLƏNİB
WhatsApp kanalımıza abunə ola bilərsiniz

İranın xilasedici dəstələri Türkiyənin pilotsuz təyyarəsinin aşkar etdiyi istilik mənbəyinə çatıblar, lakin sərt eniş edən, İran Prezidenti İbrahim Rəisinin olduğu helikopterin izlərini tapmayıblar.

Avtosfer.az xəbər verir ki, bu barədə “Press TV” telekanalı məlumat verib.

Telekanalın məlumatına görə, İranın Qızıl Aypara Cəmiyyəti də Rəisinin helikopterinin qəzaya uğradığı yerin müəyyən edildiyini bildirib.

Bundan əvvəl Türkiyə PUA-sının ərazidə Rəisinin helikopterinin qalıqlarının ola biləcəyi istilik mənbəyini tapdığı bildirilib.


***

23:51


İran Prezidenti İbrahim Rəisinin olduğu helikopterin qəzaya uğradığı dəqiq yer müəyyənləşib.

Avtosfer.az xəbər verir ki, bu barədə İranın Şərqi Azərbaycan əyalətində İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandanı, general Əsgər Abbas Qalizadə bildirib.

"Bir neçə dəqiqə əvvəl hadisə yerində olan ekipaj üzvünün helikopterindən və mobil telefonundan siqnal daxil olub", - “Tasnim” agentliyi onun sözlərini sitat gətirib.

Komandan əlavə edib ki, axtarış-xilasetmə əməliyyatında iştirak edən hər kəs sərt enişin ərazisinə doğru gedir və o, xalqa xoş xəbər çatdıracağına ümid edir.

Qeyd edək ki, İranda Prezidentin olduğu helikopter sərt eniş edib. Təyyarədə həmçinin İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan və ölkənin bir sıra digər rəsmiləri də olub. Prezidentin kortejində üç helikopter olub, onlardan ikisi nazirləri və məmurları daşıyaraq təyinat yerinə salamat çatıb.

(report)

ŞƏRH YAZ
Ad

E-mail

Şərh