İbrahimoviç Zəfər parkını və Şəhidlər xiyabanını ziyarət edib - FOTOLAR
Xəbərlər
20 Dekabr 2025 22:00
Oxunub 134

Monteneqro Respublikası Baş nazirinin müavini, xarici işlər naziri Ervin İbrahimoviç dekabrın 20-də Bakıdakı Zəfər parkını ziyarət edib.
Avtosfer.az xəbər verir ki, Ervin İbrahimoviç parkdakı Zəfər abidəsinin önünə əklil qoyub.
Monteneqro Respublikası Baş nazirinin müavini, xarici işlər naziri Ervin İbrahimoviç Şəhidlər xiyabanını da ziyarət edib.
Ervin İbrahimoviç Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.





ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR













