Qeyri-adi oğurluq planı: İcarəyə götürdükləri maşınlarla oğurluq etdilər - FOTO

Xəbərlər 29 Mart 2021 11:41 Oxunub 918
Qeyri-adi oğurluq planı: İcarəyə götürdükləri maşınlarla oğurluq etdilər - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Siyəzəndə oğurluq edən şəxslər saxlanılıb. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Quba rayonunda regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, Siyəzən Rayon Polis Şöbəsinə rayon ərazisində yerləşən daş karxanalarının birindən və fəaliyyəti müvəqqəti olaraq dayandırılmış bir neçə restorandan müxtəlif vaxtlarda bir ədəd qaynaq aparatının, 4 ədəd elektrik mühərrikinin, müxtəlif ölçüdə elektrik naqillərinin, təmir-tikinti alətlərinin, obyektlərə məxsus plastik və dəmir qapıların, nəfəsliklərin və digər əşyaların oğurlanması barədə müraciət daxil olub.

Daxil olmuş müraciətlərlə əlaqədar şöbə əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq hadisələrini törətməkdə şübhəli bilinən üç Bakı şəhər sakini – Emin Şöyübov, Təvəkkül Nuriyev və İlkin İbrahimov saxlanılıblar.

Saxlanılan şəxslər törətdikləri oğurluq əməllərini etiraf edərək, obyektlərə qanunsuz daxil olduqlarını, oğurluq yolu ilə əldə etdikləri qənimətləri isə icarəyə götürdükləri nəqliyyat vasitələrinə yükləyərək Bakı şəhərinə apardıqlarını və xeyli hissəsini şəhər ərazisində yerləşən əlvan metal qəbulu məntəqələrində dəyərindən ucuz qiymətə satdıqlarını bildiriblər. Əşyaların bir qismi isə polis əməkdaşları tərəfindən maddi sübut kimi onlardan götürülüb.

Faktlarla bağlı Siyəzən RPŞ-nin İstintaq Bölməsində cinayət işi başlanılıb, onların digər cinayət əməllərində iştiraklarının olub-olmaması araşdırılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh