İçərişəhərdəki hadisə ilə bağlı rəsmi açıqlama - VİDEO

Ötən gün İçərişəhər ərazisində yerləşən bir neçə restoran şəbəkəsinə enerji verən elektrik kabellərində kiçik partlayışlar baş verib.
Avtosfer.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat və görüntülər yayılıb.
Partlayış nəticəsində qısa müddətlik tüstülənmə və yanğın müşahidə edilib.
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi yanğın hadisəsi ilə bağlı açıqlama yayıb. Məlumatda bildirilib ki, hadisə nəticəsində xəsarət alan olmayıb: “Ötən gün saat 19:45 radələrində İçərişəhər Kiçik Qala 8-də yerləşən iaşə obyektində enerji verən elektrik kabellərində kiçik partlayışlar baş verib. Yanğın hadisəsinin qarşısının alınması məqsədilə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Mühafizə Xidməti yaxınlıqda olan vətəndaşları ərazidən uzaqlaşdırıb və dərhal Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə zəng edilərək hadisə barədə məlumat verilib.
Əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb olunub və yanğının genişlənməsinin qarşısı alınıb. Hadisə nəticəsində ətraf binalara heç bir zərər dəyməyib və yanğınsöndürənlərdən və Qoruq İdarəsinin mühafizə işçilərindən xəsarət alan olmayıb”.
Qurumdan, həmçinin bildirilib ki, iaşə obyektinin elektrik naqilləri “Azərişıq” ASC tərəfindən bərpa edilib.
Yollarda duman var - Sürücülərin nəzərinə!
İlqar Hacıyevin Bakıdakı əmlakları müsadirə edildi - Siyahı
İlham Əliyev Fərman imzaladı
Paşinyan dəmiryolu daşımalarına görə İlham Əliyevə TƏŞƏKKÜR EDİB
İlham Əliyevdən diplomatik xidmətə qəbulla bağlı FƏRMAN
Saleh Məmmədovun əsas adamları vəzifələrindən kənarlaşdırıldı - FOTO
Baş nazirdən hərbi qulluqçuların maaşları ilə bağlı - Qərar
Vasif Talıbovun YAXIN ADAMINA cinayət işi açıldı
Prezidentin qızları və gəlini Yaşama Dəstək Mərkəzində - FOTOLAR
Könül Həmzəyeva axtarışa verildi - Dələduzluğa görə
Avtomobil Yolları Dövlət Agentliyində ARAŞDIRMALAR APARILIR










