İçində sərnişinlər olan maşınlar sel axınında sürüklənir: Təbii fəlakətdən kadrlar - VİDEO

İçərisində sərnişinlər olan avtomobillər sel axınında sürüklənir, binalar, yollar suyun altında qalıb.
Kadrlar “Belal” siklonunun əsarətində olan Mavrikidəndir. Təbii fəlakətin miqyasına görə regionda komendant saatı tətbiq edilib.
Turistlərdən birinin sözlərinə görə, yaşadıqları hotelin birinci mərtəbəsi su altında qalıb.
“Çox qorxuludur, hər şey düşür, dağılır. Turistlər öz otaqlarından çıxmırlar. Düzü, təlaş və çaşqınlıq var, özü də çoxdur. Gah işıqlar sönür, gah “Wi-Fi” işləmir... İndi bizə küləyin sürətinin saatda 120 km-ə çatdığını bildirən xəbərdarlıq vərəqələri verilib. Həqiqətən, dəhşət içindəyik”, - deyə turist yaşadıqları həyəcanı açıqlayıb.
Hadisə şahidləri tüğyan edən qasırğanın nəticələrini əks etdirən kadrları sosial şəbəkələrdə paylaşırlar.
oxu.az
Prezident Davosda “Euronews”a müsahibə verdi - FOTOLAR - YENİLƏNİB
Fidan Azərbaycanla bağlı sevindirici xəbəri açıqladı
Bakıda piyada zonaları ilə bağlı VACİB MƏQAM - "Bunu etməsələr, effekt verməyəcək" - FOTO
Bakının bu rayonlarında söküntü planlaşdırılır - VİDEO
Prezident bu məmuru yüksək vəzifədən azad etdi - SƏRƏNCAM - FOTO
Azərbaycanda 6 gün qar yağacaq - XƏBƏRDARLIQ
İlham Əliyev Şuşa ilə bağlı qanunu imzaladı
"ADY" ötən il 400-ə yaxın blok-qatar qəbul etdi - FOTO - VİDEO
Azərbaycanın şimal-qərb bölgəsinə güclü qar yağır - VİDEO
Quba-Qusar yolunda son vəziyyət necədir? - VİDEO
Bu avtobuslarda gediş haqqı bahalaşdı - Sərnişinlərin DİQQƏTİNƏ!











