İcra başçısı bir məmuru işdən çıxardı, üçünün vəzifəsini dəyişdi

Bakının Xəzər Rayon İcra Hakimiyyətində (RİH) kadr dəyişiklikləri olub.
Avtosfer.az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı icra başçısı Elşən Salahov müvafiq əmrlər imzalayıb.
Belə ki, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Mehman Eldar oğlu Azadov vəzifəsindən azad edilib. O, sosial-iqtisadi inkişafın proqnozlaşdırılması və planlaşdırılması şöbəsinə baş məsləhətçi vəzifəsinə təyin olunub.
Eyni zamanda, həmin şöbəyə aparıcı məsləhətçi vəzifəsinə isə Elçin Fazil oğlu Sadıqov təyinat alıb. E.Sadıqov bu vəzifədə bir neçə gün əvvəl sektor müdiri - baş mühasib vəzifəsinə təyin olunan İlhamə Kərimovanı əvəzləyib.
Bundan əlavə, rayon təsərrüfatı şöbəsinin baş məsləhətçisi (mühəndis) Ələmdar Bəhmən oğlu Qasımov vəzifəsindən azad olunub. Bu vəzifəyə Nəsiman Fikrət oğlu Ağabəyov təyin olunub. N.Ağabəyov bundan əvvəl sosial-iqtisadi inkişafın proqnozlaşdırılması və planlaşdırılması şöbəsinin baş məsləhətçisi vəzifəsində çalışıb.
Beləliklə, icra başçısının yeni kadr siyasətində bir nəfər (Ə.Qasımov) RİH-dən çıxarılıb, daha bir nəfər işçi isə (E.Sadıqov) RİH-də işə götürülüb. Adları çəkilən digər şəxslərin isə RİH daxilində vəzifələri dəyişdirilib.
Fidan Azərbaycanla bağlı sevindirici xəbəri açıqladı
Bakıda piyada zonaları ilə bağlı VACİB MƏQAM - "Bunu etməsələr, effekt verməyəcək" - FOTO
Bakının bu rayonlarında söküntü planlaşdırılır - VİDEO
Prezident bu məmuru yüksək vəzifədən azad etdi - SƏRƏNCAM - FOTO
Azərbaycanda 6 gün qar yağacaq - XƏBƏRDARLIQ
İlham Əliyev Şuşa ilə bağlı qanunu imzaladı
"ADY" ötən il 400-ə yaxın blok-qatar qəbul etdi - FOTO - VİDEO
Azərbaycanın şimal-qərb bölgəsinə güclü qar yağır - VİDEO
Quba-Qusar yolunda son vəziyyət necədir? - VİDEO
Bu avtobuslarda gediş haqqı bahalaşdı - Sərnişinlərin DİQQƏTİNƏ!
Prezident müşavirə keçirdi - TAM MƏTN - FOTO - YENİLƏNİB











