İcra başçısına sui-qəsddə təqsirləndirilən şəxsin məhkəməsi başlayıb

Xəbərlər 16 Oktyabr 2024 09:21 Oxunub 212
İcra başçısına sui-qəsddə təqsirləndirilən şəxsin məhkəməsi başlayıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə Cinayət Məcəlləsinin 28, 120.2.1, 28,214.2.1,  28,277 və 28,278.1-ci maddələri ilə təqsirləndirilən Bəhruz Əskərovun məhkəmə prosesinin hazırlıq iclası keçirilib. 

Avtosfer.az unikal-a istinadən xəbər verir ki, təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Həmçinin təqsirləndirilən şəxs şifahi vəsatət verərək saxlanıldığı Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Müvəqqəti saxlama Təcridxanasından Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına köçürülməsini xahiş edib. Dövlət ittihamçısı cinayət işinin Bakı Ağır Cinayətlər Məhkəməsinə aid olmasını və işin məhkəmə baxışına verilməsi ilə bağlı çıxış edib. Hakim Səbuhi Hüseynov  müşavirədən qayıtdıqdan sonra işin məhkəmə baxışına verilməsi ilə bağlı qərarı elan edib və təqsirləndirilən şəxsin Bakı İstintaq Təcridxanasına köçürülməsi ilə bağlı vəsatəti təmin edib.

Məhkəmənin ilkin baxış iclası 29 oktyabr tarixinə təyin edilib. 

Xatırladaq ki, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən cinayət məsuliyyətinə cəlb olunan B.Əskərova qarşı Cinayət Məcəlləsinin 28,120.2.1, 28,120.2.10, 28,120.2.11, 28,120.2.12 (qabaqcadan əlbir olan bir qrup şəxs halında milli, irqi, dini ədavət və düşmənçilik zəminində təkrar adam öldürməyə hazırlıq), 28,214.2.1, 28,214.2.3 (odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə terror aktı törətməyə hazırlıq), 28,214-3.1 (terrorçuluqla əlaqədar təlim keçməyə hazırlıq), 28,277 (dövlət xadiminin həyatına sui-qəsd etməyə hazırlıq) və 28,278.1-ci (dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hazırlıq hərəkətləri) maddələri ilə ittiham irəli sürülüb.

Müəyyən edilib ki, Bəhruz Əskərov respublikanın müxtəlif rayonlarında yaşayan şəxsləri gizli əlaqəyə cəlb edərək onlara Lənkəranın icra başçısının həyatına sui-qəsdin təşkil olunması barədə tapşırıqlar verib. 

Həmçinin Bəhruz Əskərovun əlaqəsində olan şəxslərə Azərbaycanın bəzi rayonlarında fərdi qaydada ingilis dili müəllimi kimi fəaliyyət göstərən xarici ölkə vətəndaşına qarşı sui-qəsd həyata keçirməyi tapşırması da təsbit edilib. 

Lakin o, DTX tərəfindən görülən tədbirlər nəticəsində cinayət əməllərini yekunlaşdıra bilməyib.

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh